Bəzi dinlərdə və bu dinlərin təsis etdikləri hüquq sistemlərində qadın, onunla evlənəcək olan kişiyə – adına “drahoma” deyilən mal verir.. Yəni, qadın, bunun sayəsində kişinin özünə meyl etməsinə şərait yaratmış olur. Qadının ailəsi də, bu işin əsas icraçısıdır. Yəhudilikdə də məşhur olan bu adət-ənənə, bəzi Avropa ölkələrində də hələ də qalmaqdadır. Özü də, qanun şəklində..

İslama görə isə, qadın birbaşa öz varlığına görə dəyərlidir. Onun malına və puluna deyil, özünə rəğbət edilir. Bunu simvolikləşdirmək üçün də, qadın deyil, onunla evlənmək istəyən kişi – ona, adına mehr deyilən bir hədiyyə verməlidir. Bir sözlə, İslama görə, drahoma’nı qadın deyil, kişi verir 🙂 Aşağıdakı ayənin bu hissəsində də, məhz bu mövzuya xüsusi diqqət çəkilmişdir:

 

“…ərli qadınlar da, Allahın yazısı (əmri) olaraq sizə (haram edilmişdir). Onlardan başqalarını isə namuslu olmaq və zina etməmək şərtilə mallarınızla (mehrini verib) istəməyiniz sizə halal edildi. Onlardan faydalanmağınız əvəzində vacib olan mehrlərini verin!..” (Quran, Nisa surəsi, 24-cü ayə)

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 06.12.2020 | Oxunma sayı: 194 baxış