Şəddad b. Ovs, Allahın elçisinin ﷺ ona belə nəsihət etdiyini demişdir:

 

Ey Şəddad b. Ovs! İnsanlar qızıl və gümüşü xəzinə olaraq yığanda, siz bu sözləri özünüzə xəzinə edin:

اللهم إني أسألك الثباتَ في الأمر والعزيمة على الرُّشد، وأسألك شُكْر نعمتك، وحُسْن عبادتك، وأسألك لسانًا صادقًا، وقلبًا سليمًا، وأسألك من خير ما تَعلَم، وأعوذ بك من شرِّ ما تعلم، وأستغفرك لما تعلم، إنك أنت علام الغيوب

(Transkr: Allahummə inni əsəlukə əs-səbətə fil əmri, val əzimətə fir-r-ruşdi, va əsəlukə şukra nimətikə, va əsəlukə husnə ibadətikə. Va əsəlukə qalbən səlimən, va əsəlukə lisənən sadiqəm. Va əsəlukə min xeyri mə tə’ləmu va əuzu bikə min şərri mə tə’ləmu va əstəğfirukə limə tə’ləm. İnnəkə əntə alləmul-ğuyub.)

 

Tərcümə: “Allahım Səndən, məni – işlərimdə sabitqədəm, doğru əməldə əzmkar etməyini diləyirəm. Məni – nemətinə şükr edən, Sənə gözəl şəkildə ibadət edən (bəndələrindən) – etməyini diləyirəm. Səndən, qəlbimi sağlam, dilimi doğru etməyini diləyirəm. Sənin bildiyin xeyirləri Səndən istəyir, bildiyin şərdən isə, Sənə sığınıram. Mənim barəmdə bildiklərində (xətalarımda) Səndən bağışlanma diləyirəm. Həqiqətən də qeybi bilən Sənsən!”

 

(Silsilə əs-Səhihə: 3228)

www.islamevi.az

Share Button
Tarix: 30.06.2020 | Oxunma sayı: 76 baxış