🍁 İnsanlara xor baxma, tənə etmə, rəhmli ol və unutma ki, bir vaxtlar sən də bataqlıqlarda idin. Lakin, Rəbbin səni sevdi, neçə-neçə insan içərisindən seçdi, ucaltdı..

 

🍁 Lakin, düşünmə ki hidayət/doğru yol neməti – ancaq sənə və sənin ətrafındakılara verilib. “Yalnız bizik doğru yolda olanlar, onlar azmışlardır” – deyə düşünənlər, ilk olaraq özlərini yanlış və gərgin bir yola doğru çəkərək, həyatlarını zəhərləmiş olurlar.. Çünki, həyata baxışları tamamilə dəyişmiş, simaları belə tamamilə fərqli və aqressiv bir hala bürünmüş olur. Çoxumuz bunları, bəzi şəxslərdə canlı olaraq hiss etmişik.

 

Özlərindən başqalarına “yuxarıdan aşağı” baxanların vəziyyəti, həqiqətən çox təhlükəli bir haldır. Bu cür düşünən kəslər, cəmiyyətlərə zərər verməkdən başqa bir işə yaramazlar.. Necə də gözəl demişlər:

 

” بلينا بقوم يظنون أن الله لم يهد سواهم”

Allah, onlardan başqasına hidayət (doğru yol) verməyib -deyə düşünənlərlə imtahan olunduq..’

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Share Button
Tarix: 12.05.2020 | Oxunma sayı: 125 baxış