Bizim bir qrup könüllü gənclərdən ibarət komandamız ölkədə koronavirus (COVİD-19) infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödmək məqsədilə yardım aksiyasına start veriblər.

 

Mart ayının 31-dən elan olunan xeyriyyə aksiyasının hesab nömrəsinə toplanan ianə ilə bu günə kimi artıq 5500-dən çox ailəyə yardım çatdırılıb.

“Biganə qalma” adlı aksiya ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub. Ümumilikdə 130 şəxsdən çox ibarət komanda ərzaq ehtiyatını çatdırdığı ailələrin sağlamlığını qorumaq məqsədi ilə gərəkli olan tədbirlərə də xüsusi nəzarət edir.

Təşkilatçıların verdiyi məlumata görə, aksiya başlamadan əvvəl onlayn yaradılan yardım üçün ərizə forması ilə 2000-ə yaxın müraciət daxil olub. Həmin ailələrlə əlaqə saxlanılıb, müəyyən suallar verilib. Bunun əsasında siyahı tərtib edilir və gün içində hazırlanan ərzaq sovqatı 100-ə yaxın ailəyə çatdırılır. Hədəf 10.000 ailəyə ərzaq yardımı çatdırmaqdır. Gündəlik olaraq günün hesabatı aksiyanın sosial şəbəkədəki səhifəsində paylaşılır. Aksiya, Bakı və ətraf qəsəbələrlə yanaşı bölgələri də əhatə etməyə başlayıb.

Təşkilatçılar, yardım aksiyasının ianə toplandıqca baş tutacağını bildiriblər. Yardım aksiyasına qoşulmaq istəyən şəxslər Kapital bankda açılan hesab nömrəsinə yardım köçürə bilərlər. Aksiya barədə daha ətraflı və gündəlik hesabat xarakterli foto və videolarla tanış olmaq üçün facebook sosial şəbəkəsində yaradılan səhifədən izləmək mümkündür.

 

Facebook: https://www.facebook.com/biganeqalma

Instagram: https://www.instagram.com/biganeqalma

 

Qeyd edək ki, dünya miqyasında pandemiya elan olunan Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə də yayılmasının qarşısının alınması məqsədilə dövət tərəfindən cari ilin aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Karantin müddətində evdən çıxması qadağan olunan 65 yaşdan yuxarı tənha yaşayan şəxslər və bir qrup ailələr maddi çətinliklə üzləşib.

 

Yardım üçün hesab nömrəsi:

| MilliÖn terminalı, MilliÖn veb saytı və ya mobil app vasitəsilə:

Bank xidmətləri – Kapital Bank

Kart nömrəsi: 5239151511021928 (Adil Abdullayev)

| MilliÖn veb saytından ödəniş üçün:

Buraya daxil olun!

Kart növü: Mastercard

| Card-to-card (mobil bank app’larından)

Kart nömrəsi: 5239151511021928
Alıcı: Adil Abdullayev

 

Share Button
Tarix: 08.04.2020 | Oxunma sayı: 1. 496 baxış