as Salam aleykum. Kişinin imanı zəifləyirsə, qadın nə edə bilər? Misal üçün; əgər kişi, namazlarına səhlənkar yanaşır, qəzaya qalmış namazını qəza etmir, cüməni səbəbsiz yerə tərk edir və s. Qadın bu haqda bir şey dedikdə,  ər deyir ki, mənim işimə qarışma. Qadın bu halda kişidən ayrıla bilər? Və yaxud, onu özünə yaxın buraxmaya bilər? Qorxutmaq niyyəti ilə.

 

va aleykum Salam. Qadının belə halda kişini özünə yaxın buraxmamağa haqqı yoxdur. Bunu, qorxutmaq niyyəti ilə etməsi də həmçinin.. Lakin, belə bir halda qadın, evdə imanı artıracaq bir mühit qurmağa çalışmalıdır. Qadın gərək Quran oxusun, imanı artıracaq söhbətlər dinləsin və ya oxuyub, həyat yoldaşına danışsın. Bunları edərkən xoşluqla, aqressiv formada olmadan etməlidir. Axirətdən danışmalı və Axirət ayələrini oxumalı, bunları da doğru məqamda, uyğun tərzdə etməyə çalışmalıdır.

Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəltərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”. (Nəhl, 125)

Misal üçün, Quranın tərcüməsinin səsləndirilmiş olduğu audio yazısını qoysun ki, həyat yoldaşı eşitsin. Lakin hər şeydən əvvəl və ən əsas isə – Allaha ixlas ilə, səmimi qəlbdən bol-bol dua etsin.

Qadın bu və digər bu kimi səbəblərdən istifadə etməli və boşanmaq haqqında düşünməməlidir. Boşanmaq, onsuz da bizim cəmiyyətimizdə çətindir, bəlkə də qadın üçün imkansız və ağır bir şeydir. Ona görə də ayrılmaq, insanın düşünəcəyi ən sonuncu addım olmalıdır. Səbr, dua və gözəl əxlaq nümunəsi ilə islah üçün çalışmaq lazımdır. Allah müvəffəq etsin. Daha doğrusunu Allah bilir!

 

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.

Share Button
Tarix: 09.02.2020 | Oxunma sayı: 593 baxış