Salam aleykum. Mənə maraqlıdır, Bakıda olan Cortviy koleso-ya (Şeytan çarxı) minmək olarmı? Ümumiyyətlə alimlərdən fətva varmı belə karusellər barədə?

 

va aleykum Salam. İnsan həyatı üçün təhlükəli olmayan karusellərə minmək, haram olmaz. Bir şeyin haram olması üçün Quran və səhih hədislərdən dəlil olmalıdır. Yəqin ki sual, daha çox ad’la bağlıdır. Bir şeyin adı, onun istifadəsini mütləq mənada haram etməz.

Təbii ki insan, özünü həyatın -halal və haramlar çərçivəsindəki- rəngarəngliyindən məhrum etməməlidir. Lakin, bu kimi əyləncə vasitələri üçün əsas qayda – vaxt israfı və ibadətlərə əngəl olmamasıdır. Çünki, həyat – əbədi həyatı qazanmaq üçün insana verilmiş, qızıla bərabər dəqiqələrdən ibarətdir. Daha doğrusunu Allah bilir.

 

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.

Share Button
Tarix: 06.02.2020 | Oxunma sayı: 563 baxış