Salam aleykum. Bir insan gələcəyi haqda xəbər verirsə, bu şirk sayılır? Bir dostum məndən bu sualı konkret olaraq soruşmağımı xahiş etdi. Qardaş subaydı, bir başqa dostumuz ona evlənməyə qız tapıb. Qız kəbinli olub, sonra ayrılıb. Bu (subay) qardaş onun xeyirli olmadığını, onunla xoşbəxt olmayacağını düşünür və bunun şirk olduğunu düşünür.

 

va aleykum Salam. Bunun şirklə heç bir əlaqəsi yoxdur. Şirk – bir məxluqu Allahla bərabər tutmağa deyilir. Burada insan sadəcə olaraq gördüklərinə, təcrübəsinə əsasən gələcəyi dəyərləndirir, yoxsa qətiyyən belə olacağını bildiyini iddia etmir. Yəni, burada qeybdən xəbər verməkdən söhbət gedə bilməz. Ümumiyyətlə isə, bu cür hallarda Muhəmməd peyğəmbərin (ona salam olsun) bizlərə öyrətmiş olduğu bir metod vardır ki, ona istixarə deyilir. Bu haqda ətraflı oxumaq üçün: https://www.islamevi.az/?p=1079

 

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.

Share Button
Tarix: 04.02.2020 | Oxunma sayı: 713 baxış