media-img_3438

Bir illik oruc savabı qazanmaq istəyənlər üçün gözəl fürsət….!

Unudulmuş bir sünnə…

• Hicri tarixi ilə hər ayın 13, 14 və 15-i oruc tutmaq müstəhəb əməllərdəndir.

 

Hal-hazırda hicri təqvimi ilə Şaban ayındayıq. Bu ayın 13, 14 və 15-ci günləri – 23-24 və 25 Fevral tarixlərinə təsadüf edir.

 

Bu mövzudakı bəzi hədislər aşağıdakılardır:

Cərir b. Abdullah’ın rəvayət etdiyinə görə, Peyğəmbərimiz  belə buyurmuşdur:

“Hər aydan üç gün oruc tutmaq, bir il oruc tutmağa bərabərdir. Ağ günlər (həmin gecələrdə ay parıltılı olduğu üçün belə adlanıb) ayın on üçü, on dördü və on beşinci günləridir.” (Nəsai 2419)

 

Parlaq ay - "ağ günlər"-də, Bakıda çəkilmişdir
Parlaq ay – “ağ günlər”-də, Bakıda çəkilmişdir

 

Peyğəmbərimiz , məşhur səhabə Əbu Zər’ə belə demişdir: “Əgər ay içərisində oruc tutmaq istəsən, ayın 13, 14 və 15-i tut.” (Tirmizi, 761)

 

Əbu Hureyrə demişdir:

“Dostum (yəni Peyğəmbərimiz ﷺ) mənə ölənə kimi bu əməlləri tərk etməməyimi tövsiyə etmişdir:
Hər ay üç gün oruc tutmaq;
Duha namazı;
Yatmazdan əvvəl vitr namazı qılmaq.”
(Buxari,1874)

 

Avqust ayına təsadüf edən ‘Ağ günlər’də çəkilmiş foto (Qəbələ ş.)

 

Peyğəmbərimiz  demişdir:

“Kim bir gün Allah yolunda oruc tutarsa, Uca Allah onu yetmiş il cəhənnəm atəşindən uzaqlaşdırar.” (Buxari)

 

SOYUQ AYLARDA GÜNLƏRİN QISALMASI – ORUC ÜÇÜN MÖHTƏŞƏM BİR FÜRSƏTDİR.

Soyuq aylarda oruc tutmaq, həqiqətən də möhtəşəm bir fürsətdir. Çünki, havaların isti deyil, sərin keçməsi susuzluq problemini yüngülləşdirir, günlərin tez qısalması isə, iftar vaxtını tezləşdirir.

 

Məhz bu kimi səbəblərə görə, Amir b. Məsud’un (Allah ondan razı olsun) rəvayətində, Peyğəmbərimiz belə buyurmuşdur:

“Qışda oruc tutmaq – gözəl bir qənimətdir.“ (Əhməd 18959)

Gündüzləri qısa olduğundan oruc tutmağımız üçün əlverişli, uzun gecələri isə zikr, ibadət və kitab oxumağımız üçün bir fürsət olan qış fəsli, əslində bizlər üçün çox böyük bir soyuq qənimətdir.

 

Həsən əl-Bəsri demişdir: “Qış, möminin nə gözəl zamanıdır! Gecəsi uzun olduğu üçün namaza durar, gündüzü qısa olduğu üçün onu orucla keçirər.” (Lətaiful-Məarif, 327).

Əbu Hureyrə demişdir: “Sizə soyuq bir qənimətdən xəbər verimmi?”

Dedilər: “O nədir elə, ey Əbu Hureyrə?!”

Dedi: “Qışda oruc tutmaq!” (Əhməd, əz-Zühd,  986)

 

 

www.islamevi.az

Bənzər Məqalələr