Kitabımızı bu keçidlər vasitəsilə tam şəkildə endirə bilərsiniz:

DOC | PDF

 

7) Allah Rəsulunun bir eybini tapmaq üçün gecə gündüz çalışan Məkkə əhli də bu evlilik haqqında eşidəndə, bunu Allah Rəsulunu eyibləmək, diskreditasiya etmək üçün heç vaxt istifadə etməyiblər.

Bütün bunlardan belə başa düşülür ki, belə erkən evliliklər 7-ci əsr Məkkə cəmiyyəti üçün adi hal idi. Bunda qəribə və ya əxlaqa zidd heç bir şey yox idi. Təsəvvür edin ki, Allah Rəsulunun bu evliliyindən az bir müddət sonra o zaman müşrik olan Əbu Sufyan ibn Harb Bizans imperiyasına gedir və Birinci İrakli ilə görüşür. Allah Rəsulunu qaralamaq üçün ideal fürsət olmasına baxmayaraq onun evliliyini qeyd etmir. (Səhih Buxari, 7). Səbəbi isə çox bəsitdir – Bizans imperiyasında da bu cür evliliklər normal hal idi.

 

8) 14 əsr boyunca İslam alimləri Allah Rəsulunun həyatı haqda cildlərlə kitablar yazırlar, lakin onlardan heç birinin Aişənin evlilik zamanı yaşını gizlətdiyini, hətta (son əsr istisna) “ərəb cəmiyyətində o zamanlar erkən evlilik normal idi” – deyərək, izah gətirdiyini belə görmürük. İslam coğrafiyasının genişliyinə baxmayaraq, alimlər və hətta adi insanlar belə bu həqiqəti başa düşür və bunda bir eyib görmürdü.

 

9) Allah Rəsulunu qaralamaq üçün dəridən-qabıqdan çıxan Məkkə müşriklərinin onun evliliyi haqda neqativ bir kəlmə belə deməmələri əslində çox güclü arqumentdir və insaf sahibi üçün kifayət olmalıdır. Lakin, sadəcə qərb yazıçılarına etimad edənlər üçün hədiyyəmiz vardır. Tarixdə İslam dininə tənə etmək, Allah Rəsulunu ilk dəfə “yalançı peyğəmbər”“antixrist” kimi təsvir etmək John of Damascus`dan başlayır. O, hicri 54-55-ci illərdə anadan olmuşdur. Ondan sonra bizim bu zamana qədər Allah Rəsulunu tənqid edən, ona yalançı peyğəmbər, dəccal və s. ləqəblər qoşan, onun həyatı haqqında açıq-aydın yalanlar uyduran oriyentalistlərin sayı hesabı yoxdur, hətta onu Cəhənnəmin səkkizinci qatında təsvir edənlər belə olub.[1] Maraqlısı budur ki, iyirminci əsrə qədər heç bir oriyentalist Aişənin evlilik zamanı yaşını Allah Rəsuluna eyib olaraq görməyib. Bəli, Matthew of Paris,[2] Humphrey Prideaux,[3] Simon Ockley,[4] Voltaire,[5] Edward Gibbon,[6] George Bush,[7] Washingon Irving,[8] William Muir,[9] Arthur Naylor Wollastone[10] başda olmaqla oriyentalistlər və tarixçilər Allah Rəsulunu tənqid etmək üçün hər bir “fürsətdən” yapışmaqlarına baxmayaraq sırf Aişənin yaşını tənqid obyektinə çevirməmişdilər. Allah Rəsulunu “şəhvət düşkünü” kimi vəsf edənlər olmuşdur, lakin bu, onun xanımlarının sayına görə edilirdi,[11] Aişənin yaşına görə deyil.

 

Allah Rəsulunu tənqid edənlər arasında Aişənin yaşını onun üçün eyib görən ən erkən yazıçı kimi ingilis tarixçisi David Margoliouth`un adını çəkmək olar. O, Allah Rəsulunun həyatını tamamilə neqativ rənglərdə təqdim etdiyi “Mohammad and the Rise of Islam” kitabını 1905-ci ildə nəşr etmişdir və bu kitabda Allah Rəsulunun Aişə ilə evliliyini “ill-assorted marriage” (uğursuz nikah) kimi vəsfləndirmişdir. (D. S. Margoliouth, 1905, Mohammad and the Rise of Islam, The Knickerbocker Press, p. 234). Açığı Margoliouth`un sözlərini tam oxuduqda onun əslində Aişənin yaşını deyil, sırf Aişə ilə Peyğəmbərin evliliyini tənqid etdiyi qənaətinə gəlmək olur və bu, Boston Universitetində Din üzrə professor olan Kecia Ali`nin doğru hesab etdiyidir.(Kecia Ali, 2014, The Lives of Muhammad, Harward University Press, p. 162.). K. Ali ümumiyyətlə bu mövzunun iyirminci əsrin yetmişinci illərinə qədər qaldırılmadığını iddia edir bunun üçün çox güclü arqumentlər istifadə edir. Lakin arqument naminə gəlin Margoliouth`un həqiqətən də Aişənin yaşını tənqid etdiyini qəbul edək. Əlimizdə nə var? Allah Rəsulunun həyatından sonra 13 əsr boyunca heç bir oriyentalist onun evliliyi zamanı Aişənin yaşını tənqid etmir, bu mövzu sadəcə iyirminci əsrdə ərsəyə gəlir.

 

Bu bizi düşünməyə vadar etməlidir: nəyə görə Allah Rəsulunun ən qatı düşmənləri bu fürsəti əldən verirlər? Cavab isə yenə də sadədir: iyirminci əsrə qədər erkən evliliklər sadəcə Şərqdə deyil Qərbdə də bir norma olub.

 

Qərbdəki evliliklərə keçməkdən öncə önəmli bir haşiyəyə çıxaq: elə zənn etməyin ki, iyirminci əsr tarixçiləri bir ağızla Allah Rəsulunu pedofiliyada ittiham ediblər, əksinə, sırf iyirminci əsrdə yazılmış onlarca kitaba baxmağımıza rəğmən Allah Rəsulunu ittiham edənlərin sadəcə elmi dərəcələri olmayan islamofoblar olduğunu görürük, qərb akademiyasında adı sanı olan tarixçilərdən onu ittiham edənlər ya yoxdur, ya da çox nadirdir. Misal üçün, Montgomery Watt özünü “Muhammad at Madina” kitabında xristianların Allah Rəsulunun mənəviyyatına yönəlik iradlarını qeyd edəndə onun Aişə ilə evliliyi haqqında ümumiyyətlə söhbət açmır; Glayds Draycott,[12] aqnostik Lesley Hazleton,[13] Maxime Rodinson,[14] Betty Kelen,[15] Clinton Bennett,[16] Tamam Kahn,[17] Emile Dermenghem,[18] Annemarie Schimmel,[19] Nabia Abbot[20] da Aişənin yaşını sadəcə fakt olaraq qeyd edirlər, bu faktı tənqid ilə qarşılamırlar. Yazıçı Karen Armstrong isə deyir: “Muhəmmədin Aişə ilə evlənməsində nalayiq heç bir şey yox idi… bəzən Aişədən də gənc olanlar evlənirdi. Eyni şey Avropada Modern çağa qədər davam edib… Aişə həddi buluğa çatana qədər onunla cinsi əlaqədə olmaq haqqında söhbət belə ola bilməzdi…” (Karen Armstrong, 2006, Muhammad : A Prophet for Our Time, HarperCollins Publishers, p. 43).

 

On illərlə bədəvi ərəblər arasında yaşayan ingilis hərbçisi, alimi və yazıçısı Sir John Bagot Glubb 1970-ci ildə “The Life and Times of Muhammad” adlı kitabında Aişənin yaşını və qızların o zaman birinci evliliklərini 8-10 yaş arasında etdiklərini qeyd etdikdən sonra “Muhammədin cavan qızla deyil, yetişkin, həssas bir qadınla ailə həyatı sürdüyünü” – deyir. (Glubb, John Bagot, 2001 (1970), The Life and Times of Muhammad. New York: Cooper Square Press, p. 239). Bütün bunlar dediklərimizi bir daha təsdiq edir. Aişə ilə evlilik sadəcə onun bu evliliyə tam hazır olduğundan sonra baş vermişdir. Bu bizə qəribə gələ bilər, lakin belə bir tarixi fakta diqqət edin: cəmi bir il sonra Aişə Uhud döyüşündə iştirak edir və yaralıların qayğısına qalmaqda mühüm rol oynayır. Yetəri qədər həm fiziki, həm də mental olaraq inkişaf etmədən belə bir döyüşdə iştirak etmək isə mümkün deyildi.

 

Daha da maraqlısını deyək. Bu oriyentalistlərdən bir çoxu istəmədən Allah Rəsuluna müasir ittihamlardan bəraət qazandırıblar, belə ki, onlardan bir çoxu Aişənin yaşını qeyd etdikdən sonra “isti iqlimdə qızların daha tez inkişaf etdiyini” birmənalı olaraq qeyd ediblər. Bunlar arasında misal üçün Simon Ockley`i,[21] Humphrey Prideaux`u,[22]  George Bush`u,[23]  Washingon Irving`i[24] qeyd edə bilərik. İsti iqlimin təsiri haqda aşağıda mütəxəssislərin sözlərini də qeyd edəcəyik.

 

 

[1] Dante “İlahi Komediyada” Allah Rəsulunu Cəhənnəmin səkkizinci qatında təsvir etmişdir.

[2] 1200-1259 İngilis tarixçisi.

[3] 1648-1724, İngilis oriyentalisti, ən məşhur əsərlərindən biri “Life of Mahomet” (1697) adlı kitabdır.

[4] 1678-1720, Britaniyalı oriyentalist, onun “The History of the Saracens” adlı kitabı uzun zaman Avropada çox yüksək reputasiyaya sahib idi.

[5] 1694-1778, fransız yazıçısı, tarixçisi və fəlsəfəçisi, o 1741ci ildə “Mahomet” adlı tamaşa yazmışdır.

[6] 1737-1794, İngilis tarixçisi, o özünü 6 cildlik “The History of the Decline and Fall of the Roman Empire” adlı kitabında Allah Rəsulunu və İslamı da tənqid edir.

[7] 1796-1859, Amerikalı bibliyaçı 1831-ci ildə “The Life of Mohammed: Founder of the Religion of Islam, and of the Empire of the Saracens” adlı kitabını nəşr edir.

[8] 1783-1859, Amerikalı yazıçı, bioqraf və tarixçi, 1849cu ildə “Mahomet and His Successors” adlı kitabını nəşr edir.

[9] 1819-1905, şotlandiyalı oriyntalist, 1861ci ildə əsas əsri olan “The Life of Mohammed” adlı kitabını nəşr edir.

[10] 1842-1922, ingilis oriyentalisti, “Half Hours with Mohammad” kitabının müəllifi.

[11] Allah Rəsulunun xanımlarının sayında hikmətləri vardır. Yazının məqsədi bu olmadığına görə onlardan sadəcə bir neçəsini qısa olaraq qeyd edək: a) elmin yayılması, beləki insanın xanımı ona ən yaxın olan adamdır, o istər ümumi, istərsə də başqalarının görmədiyi və ya soruşmağa utandığı məsələləri daha yaxşı öyrənir. Allah Rəsulunun bir neçə xanımı şübhəsiz ki, bir xanımdan daha çox insanı öyrədə bilər və beləliklə İslam əhkamları daha çox insana çatmış olar; b) ictimai məsləhət, beləki Allah Rəsulunun bəzi evlilikləri onun ərəb cəmiyyətini birləşdirməsində mühüm rol oynamışdır; c) siyasi hikmət, misal üçün, Allah Rəsulu Cuveyriyyə bint Haris ilə evlənir, buna görə də müsəlmanlar Cuveyriyyənın qövmündən əllərinə düşən bütün əsirləri azad edirlər.

[12] Draycott, G. M. Mahomet: Found er of Islam. New York: Dodd, Mead and Company, 1916, pp. 95-182, 96, 102.

[13] Lesley Hazleton, 2013, The First Muslim, New York, Riverhead Books.

[14] Maxime Rodinson, 1971, Mohammed, Penguin Press

[15] Betty Kelen, 1975, Muhammad, The Messenger of God, p. 77; Kelen burada qızların Aişənin yaşında ərə getdiyini sui-istifadə olaraq görməyin xəta olduğunu qeyd edir, çünki bu, o vaxtki ərəb cəmiyyətinin adəti idi.

[16] Clinton Bennett, 1998, In Search of Muhammad, London, Cassel, p. 260.

[17] Tamam Kahn, 2010, Untold: A History of the Wives of Prophet Muhammad, New york, monkfish Book Publishing Company, p. 37.

[18] Emile Dermenghem, 1930, The Life of Mahomet, George Routledge & Sons. Ltd. London, pp. 161-162.

[19] Annemarie Schimmel, 1985, And Muhammad Is His Messenger, The University of North Carolina Press, p. 25.

[20] Nabia Abbot, Aishah The Beloved of Mohammed, The University of Chicago Press, Chicago, p. 6.

[21] Ockley, Simon, 1847, History of the Saracens: Lives of Mohammed and His Successors. London: Henry G. Bohn, p. 19.

[22] Prideaux, Humphrey, 1723 (1697) The True Nature of Imposture Fully Displayed in the Life of Mahomet, 8th ed. London: E. Curll, p. 41.

[23] Bush, George, 1837, The Life of Mohammed: Founder of the Religion of Islam, and of the Empire of the Saracens. New York: Harper and Brothers.

[24] Washington Irving, Mahomet and His Successors, The Co-Operative Publication Society,  p. 112.

 

Bu yazı www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır.

Materiallardan istifadə zamanı istinad mütləqdir!

Bənzər Məqalələr