Ailәnizin xoşbәxt olmasını istәyirsinizsә, o zaman çoxsaylı tövsiyyәlәr içәrisindәn seçdiyimiz 40 qaydaya әmәl etmәyә çalışın.

 

✔ İkinci hissә – Kişilәrә olan tövsiyyələr:
1. Dinindә möhkәm ol, Allaha ibadәt’dә sadiq ol, tәnbәllik etmә! Bil ki, nә qәdәr Allahın әmrlәrinә riayәt edәrәk, qadağalarından çәkinsәn, bir o qәdәr ailәnә xoşbәxtlik vә bәrәkәt bәxş edilәcәk.
2. ‘Sevmәk’ kəlməsini yalnız hәyat yoladaşın üçün saxla vә “sәni sevirәm” demәkdәn utanma.
3. Qadın şüşә kimidir, ehtiyatlı davran ki, sındırmayasan.
4. Onunla elə davran ki, hörmәt qazanasan vә söz buyuranda sәnә itaәt etsin.
5. Onun bu hәyatdakı әn möhkәm dayağı olduğunu hiss etdir.
6. Onun üçün sərvət yox, məhəbbət topla.
7. Xanımının gözəlliyinə pərəstiş et.
8. Gücü çatmayan işi ona tapşırma.
9. O bir bahar çiçəyidir, onu soldurma.
10. Gözləmə ki, xanımın sənin kimi (sәnin xasiyyәtdә vә ya sәn istәdiyin şәkildә dәrrakәli) olsun.
11. Mübahisə ilə onu yorma.
12. Ona qarşı həmişə vəfalı vә sadiq ol.
13. Dava-dalaşla işləri həll etmə!
14. Dərdini bölüşmək üçün ona fürsәt ver, dinlәmәyi bacar!
15. Tənqid etməzdən öncә onu təriflә.
16. Yersiz zәnn edәrәk hәr şeyi yozma.
17. Daima ona vә ana-atasına hörmәt et. Sәnin yanında hörmәtli birisi olduğunu hiss etsin!
18. Onun daima xәtrinә dәysәn, tәdricәn sənə nifrət edəcәk, bunu unutma!
19. Bişirdiklərini təriflə.
20. Әsәbi olduqda yola ver. Onun sancması şirindir, narahat olma 🙂
21. Onunla mәslәhәtlәş, dәyәr verdiyini hiss etdir.
22. Onu lağa qoyma. (Xüsusәn dә başqalarının yanında!!!)
23. Onu təhqir etmә.
24. Ona vaxt ayır. Faydasız işlәrә vә şәxslәrә vaxtını israf etmәkdәnsә, ailәnlә birgә olmağa çalış. Ailәnә ayırdığın hәr dәqiqәnә görә, Allahdan hәtta savab belә qazandığını unutma.
25. Sənə qarşı inamsızlığı meydana gәlәrsә, sadiqlik və mehribanlıqla onu əmin et, sәbrlә şübhәsini ortadan qaldır.
26. Әgər “mən sәninlә ailә qurduğuma görә peşmanam”, deyәrsә, “amma mən xoşbəxtəm ki, səninlә ailә qurmuşam” de.
27. Onu evә hәbs etmә, imkan olduqca gәzintiyә çıxarmağa çalış.
28. Sәnin pis insan olduğunu deyәrsә, xәtaların vә bu xәtaları düzәltmәk haqqında düşün. “Sәn dә pis insansan” deyә qarşılıq vermә, әksinә, “sәn isә yaxşı insansan” de.
29. Nazını çәkmәk sәnә ağır gәlmәsin 🙂
30. Әgər ağlayarsa, könlünü ələ almağa çalış, sәrt olma.
31. Uşaqlara qayğı göstәrmәk onu yorduqda, ona әn azından mәnәvi dәstәk olmağa çalış.
32. Qaşqabaqlı olarsa, tәbәssüm et, “bu cür olmaq sәnә yaraşmır, gözәlliyindәn әsәr-әlamәt qalmır” de 🙂
33. Әgər sәndә küsәrsә, “küsəndə şirin olursan” de, sәbrli ol 🙂
34. Әgər qayınana vә ya baldızından şikayәt edәrsә, onu dinlә vә sәbirli olmasını tövsiyyә et.
35. Әgər “elçim çox idi..” deyәrsә, “mən şanslı oldum ki, sәni aldım” de 🙂
36. Әgәr “çirkinsən” deyәrsә, “lakin sən gözәlsәn” de.
37. Onun yanında öz ananı, ananın da yanında onu pislәmә.
38. Ona әl qaldırma. Evdә bir kişi olaraq ağırlığını ortaya qoy ki, sәni sevsin vә hörmәt etsin.
39. İmkan olduqca onu sevindir, hәdiyyә al.
40. Qadın zәif vә zәrif mәxluqdur, xәta etdikdә, qışqırıb-vurmağı deyil, ona gözәl şәkildә nәsihәt edәrәk, xәtasını bәrpa etmәsinә sәbәb olmağa çalış.

Uca Allah buyurmuşdur:

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr (hәyat yoldaşları) yaratması, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da O’nun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum, 21)

 

 

 

 

Bir çox İslami araşdırmaçı vә psixoloqun tövsiyyә etdiyi bu yazı www.islamevi.az saytı tәrәfindәn hazırlanmışdır.

Әlavә vә düzәlişlәr: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 23.10.2015 | Oxunma sayı: 5. 067 baxış