Ailәnizin xoşbәxt olmasını istәyirsinizsә, o zaman çoxsaylı tövsiyәlәr içәrisindәn seçdiyimiz 40 qaydaya әmәl etmәyә çalışın.

 

✔ Birinci hissә – Xanımlara olan tövsiyələr:

 

1. Dinindә möhkәm ol;

2. Әrinlə fəxr et;

3. Onu heç kəslə müqayisə etmə;

4. Qüruru ilə oynama;

5. Qənaətcil ol;

6. Öz gözəlliyini başqalarına göstərmə;

7. Әrinə naz edә bilәrsәn, lakin әsla təkəbbürlülük etmә;

8. Onun üçün daima heyranedici olmağa çalış. Xarici görünüşündә necә olmağını istәyirsә, o cür olmağa çalış. Bәyәnmәdiyi şeylәrdә tәnbәllik edirsәnsә, sәndәn uzaqlaşmasına sәbәb ola bilәcәyini unutma;

9. Ailәnin sirrini heç kimә (әn yaxınına belә) demә;

10. Hәr kiçik şeyi böyüdәrәk “çürükçülük” etmә;

11. Təmkinli ol;

12. Onun üçün dәrd ortağı olmağa çalış ki, səninlә dәrdlәşsin;

13. Çox vә mәnasız danışma, dinlәmәyә üstünlük ver;

14. Gözəlllikləri sev vә faydalan, lakin çox tәlәbkar olma;

15. Aşbaz olmaya bilәrsәn, lakin yaxşı yemәk bişirmәyi öyrәn;

16. Dağıdıcı deyil, bәrpa edici ol;

17. Bəzənməmiş, yoldaşının qarşısında oturmamağa çalış;

18. Ağzından qoxu gәlmәmәsinә çalış, çünki insan bunun çox zaman fәrqinә varmır, hiss etmir. Buna görә dә maksimum dәrәcәdә diqqәtli ol;

19. Tər qoxulu olma;

20. Çalış paltarından yemək qoxusu gəlməsin;

21. Yemək bişirәrkәn önlükdәn istifadә et;

22. Әrindən öncә yatmamağa, lakin ondan öncә qalxmağa çalış;

23. Saçların daima gözәl görünsün;

24. Heç vaxt gözəl təbəssümü qaş-qabaqla əvəz etmə;

25. Çәtinliklәrin varsa, sәbir et, gözəl gәlәcәyi düşün;

26. Hәyat yoldaşın sәnә “məndən başqası səninlə ailə qurmazdı” deyәrsә, cavab qaytarma, sadәcә tәşәkkür et;

27. “Səni sevmirəm” deyәrsә, “lakin mən səninlə fəxr edirəm” deyә cavab ver;

28. Әgər desə ki, “sənə hövsələm çatmır”, de ki “mənim səndən başqa heç kimim yoxdur”;

29. “Ailəndən xoşum gəlmir” deyәrsә, “lakin mən sənin ailəni çox istәyirәm” de;

30. Üzür istәmәyi әksiklik hesab etmә, “biri od olduqda biri su olsun” mәsәlәni xatırla. Әsəbləşәrsə, “mәni bağışla” de vә bil ki, qәzәbә qәzәblә qarşılıq vermәk, fayda vermәz;

31. Bәzәn qayınanan üçün hədiyyə al;

32. Әsla küsәrәk ata evinә getmәyi ağlından keçirmә;

33. Çalış heç nәyә mәcbur etmә;

34. Әrinin işinin çətinliyini dərk etmәyә çalış;

35. Hәyat yoldaşına, insanlarla davranışında köməklik et, faydalı mәslәhәtlәr vermәyә çalış;

36. Evə daxil olarkәn gözәl qarşıla;

37. Heç vaxt onu bәyәnmәdiyi formada çağırma, bәyәnmәdiyi sözü demә;

38. Paltarları ütülü saxlamağa çalış ki, dəyişmək istədikdә gecikməsin;

39. Yeməyi süfrəyə qoyduqda “bilmirəm xoşuna gələcək yoxsa yox” de;

40. Hər an Allahdan yardım istə, ailәnin sabitliyi vә xoşbәxtliyi üçün bol-bol dua et! Bil ki, ailә böyük bir nemәtdir vә şeytan әsla ailәlәrin möhkәm vә xoşbәxt olmasını istәmәz!

Uca Allah buyurmuşdur:

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr (hәyat yoldaşları) yaratması, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da O’nun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum, 21)

 

Ardı var…

 

 

 

 

Bir çox İslami araşdırmaçı vә psixoloqun tövsiyә etdiyi bu yazı www.islamevi.az saytı tәrәfindәn hazırlanmışdır.

Әlavә vә düzәlişlәr: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 20.10.2015 | Oxunma sayı: 5. 575 baxış