Salam aleykum. Mən ailəliyəm. Övladım “qeysəriyyə” əməliyyatı ilə dünyaya gəlib. Mən artıq 2-ci övlad gözləyirəm və həkimlər icazə vermir ki, əməliyyat yenicə olub, hələ sağalmamısan. Yəni, uşağı tələf etməyi, bir sözlə abort etməli olduğumuzu deyirlər. Bunu etmədiyim halda, səhhətimə ziyan olacağını xüsusilə deyirlər. Mən nə edim ki, Allahın qoyduğu haramlara düşmüş olmayım? Çox xahiş edirəm, cavablandırın.

va aleykum Salam. Məsələ – hamiləliyin nə qədər çəkməsindən asılıdır. Əgər uşağın bədəni formalaşıbsa, yəni insanı xatırladan xarakterik əlamətlər formalaşıbsa, o zaman sadəcə qadının sağlamlığına ziyan olmasını əsas gətirərək uşağı öldürmək (abort) halal deyildir, olmaz. İslam alimləri, yalnız ana ilə uşağın həyatı arasında seçim etməli olduqda uşağın tələf edilməsinin icazəli olduğunu deyiblər və bunda ona əsaslanıblar ki, uşağın sağ dünyaya gəlməsi dəqiq bilinmir, lakin qadının həyatda olması daha dəqiqdir, bu səbəblə də qadına üstünlük verilməlidir. Lakin sizin halınızda belə bir məsələ yoxdur. Allah yardımçınız olsun. Daha doğrusunu Allah bilir!

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu

Share Button
Tarix: 11.03.2019 | Oxunma sayı: 910 baxış