Dinimiz həyatın hər bir sahəsində yardımcıl olmağa təşviq etmiş, ehtiyaclı bir insanın xoş sözlə təsəlli edilməsini belə savabla mükafatlandırmışdır. Bu böyük yaxşılıq və əxlaq dini, təkcə ibadət edərək yaxşı insan olunmayacağını, insanlara qarşı xeyirxah və mərhəmətin də ibadət’dən hesab olunduğunu bəyan etmişdir. Bu barədə Əziz Peyğəmbərimiz (ona salam olsun) belə buyurmuşdur:

ما آمن بي من بات شبعان وجاره جائع إلى جنبه وهو يعلم
“Qonşusunun yanında ac olduğunu bildiyi halda, qarnı tox yatan insan – mənə (həqiq mənada) iman etməmişdir.” (Tabərani “Mucəm əl-Kəbir”, 751)

Buradan anlayırıq ki, Allaha və Peyğəmbərə inanmaq anlayışı – bunu təkcə dil ilə ifadə etmək və ibadət deyil, daha geniş mənaları ehtiva edir. Yəni, yanındakı və ya səndən uzaqda olan bir müsəlmanın dərdi, sıxıntısı səni narahat etmirsə, o zaman sən hələ İslam dinin məqsədlərini və həqiqi imanın nə olduğunu anlamamısan.. Biganəlik xəstəliyi, günümüzdə dünya insanının düçar olduğu ən böyük bəlalardandır.

Cərir b. Abdullah, Allahın elçisinin (ona salam olsun) belə buyurduğunu demişdir: “مَنْ لَا يَرْحَمِ النَّاسَ، لَا يَرْحَمْهُ اللهُ عَزَّ وَجَلَّ“Kim insanlara qarşı rəhmli olmazsa, Allah da ona rəhm etməz.” (Muslim)

Andalusiyalı böyük alim İbn Həzm “əl-Muhəllə” adlı kitabında (4/282) bu hədisi qeyd etdikdən sonra buyurur:

وَمَنْ كَانَ عَلَى فَضْلَةٍ وَرَأَى الْمُسْلِمَ أَخَاهُ جَائِعًا عُرْيَانَ ضَائِعًا فَلَمْ يُغِثْهُ -: فَمَا رَحِمَهُ بِلَا شَكٍّ

“Kim artıq imkana sahib olarsa və müsəlman qardaşını ac, çılpaq, yolunu itirmiş halda görərsə və ona kömək etməzsə, heç bir şəkk yoxdur ki, Allah ona rəhm etməyəcək.”

Bu səbəblə də, xeyirxahlığa meylli olmaq və insanları xeyirli işlərə rəğbətləndirmək – ən üstün ibadətlərdən hesab olunur. Tənbəllik və həvəssizlik əvəzinə, bu cür insanlara dəstək olmaq vacibdir.

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr