Allah bir qulunu, daima dua edərkən görməyi sevir.. Bilirsinizmi niyə? Çünki, bəndənin yeganə qurtuluşu – məhz dua’dadır. Məktəbə getmək istəməyən övladını, -onun xeyrinə olduğu üçün- dərsə məcburi aparan, bu yolda onu həvəsləndirən valideyn misalını, Allahın bizləri duaya yönləndirməsinə kiçik bir anlayış nümunəsi kimi dəyərləndirə bilərik. Hətta Allah, bəndəsinin ‘duasız’ qalmasına qəzəblənər.. Çünki, dua qapısından başqa bütün qapılar, müvəqqəti aldatmacadan başqa bir şey deyildir. Allah bunu bildiyi üçün, bəndəsinin bu qafil hərəkətinə qəzəblənər. Bu səbəblə də, Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

“Kim Allahdan istəməzsə, Allahın ona qəzəbi tutar”. (Tirmizi)

 

Duadan yorulan insan, şeytanın məqsədinin uğurla reallaşmasına səbəb olur. Çünki, şeytan, ilk olaraq insanın dua etməsini əngəlləməyə çalışar. Bu alınmadıqda isə, onu yormağa, “dua edirəm, amma qəbul olunmur” düşüncəsinə doğru çəkər. Beləliklə, onu bu cür məğlub etməyə, həyatdan küsdürməyə və ümidsizliyə düçar olmasına çalışır. Necə azğın bir düşmənimizin olduğunu görürsünüzmü?.. Allahın elçisi, məhz bu səbəblə belə buyurmuşdur:

“Allah duada israrlı olanları sevər”. (Təbərani)

 

Dua edərkən, buna “10 saniyəlik yolavermə” kimi baxan insan da, uduzar. Halbuki o, duanın gücünü görmək istəyirdisə, yorulmadan, bezmədən dua etməli idi. İslam mütəfəkkirlərindən olan Muvarriq (Allah rəhmət etsin) bunu, çox gözəl şəkildə izah etmişdir:

“Allaha həqiqi mənada inanan insana (dua metodu haqda) yalnız belə bir misal çəkə bilərəm.. (Təsəvvür etsin ki) o, sanki dənizin ortasında bir taxta parçasından yapışmışdır. Ümidini Uca və Əzəmətli olan Allaha bağlamış, bəlkə onu xilas edər deyə, Ey Rəbbim! Ey Rəbbim! – deyə dua edər” (Əhməd, “Zühd”, 1756)

 

Heç belə bir düşüncə ilə dua etməyi yoxladınmı? Duaya qiymət ver! Onu “5-10 saniyəlik yola vermə” kimi dəyərsizləşdirmək, səni o böyük qurtuluş qapısından məhrum edəcək..

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir! www.islamevi.az

Share Button
Tarix: 09.02.2019 | Oxunma sayı: 587 baxış