1492-ci ildə İspaniyadakı 8 əsrlik İslam hakimiyyətinə, xristianlar tərəfindən vəhşilik və barbarlıqla tamamilə son qoyularaq, bir müsəlmanın belə bu torpaqlarda qalmasına izn verilmədi. Bu gün bizə “tolerantlıq” dərsi keçən avropalı xristianlar, onların dinlərini dəyişmələrini zorla tələb edir, qəbul etməyənləri isə, öldürürdülər. Müsəlmanların inşa etdikləri bir çox mədəniyyət abidəsi, məscid və universitet dağıdıldı, dəyişdirildi (məs: məscid – kilsəyə) və ya öz əməkləri kimi təqdim edildi. O torpaqlarda hökm sürmüş (Əndəlüs/Andalusia) Əməvi dövləti, onun ardıyla daha bir neçə müsəlman dövləti (Bərbərilərin Murabitun dövləti, Muvahhidun dövləti və s.) və sonradan yaranan kiçik bəyliklərin hamısı sırayla yıxıldı. Səliblər (xaçlılar) Qranada şəhərini təslim aldıqları zaman, yerli əhaliyə can və mal güvənliyi təminatını versələr də, buna da xəyanət edildi.

 

Sultan Bəyazid xanın qardaşı Cem Sultan, Roma papasının əlində əsir olduğu üçün, Osmanlının 1495-ci ilə (öz əcəli ilə vəfat edənə) qədər əli-qolu bağlı idi. Dönəmin güclü İslam dövlətlərindən olan Misir Məmluk Sultanlığı da, sağlam dəniz donanmasına sahib deyildi. Onsuz da zəif olan Abbasi Xilafəti dövlətinin başı isə, Əməvi xanədanını asıb-kəsməklə məşğul idi. Bunu da qeyd edək ki, müdaxilə etmək də artıq mümkünsüz idi. Çünki, bu bölgədə hökm sürmüş ən güclü İslam dövləti olan Əndəlüs Əməvi dövləti çoxdan çökmüşdü.

 

Zülmə məruz qalmış müsəlman əhali, Sultan Bəyazid xanın əmrinə əsasən Qara Hasan Reis və başqa məşhur kapitanlar vasitəsilə, gəmi yoluyla Şimali Afrikadakı əmin-aman bölgələrə aparıldılar. Maraqlısı budur ki, Sultan, məzlum İspaniya müsəlmanlarının bir çoxunu məhz Suriya ərazisinə köçürərək, yaralarına məlhəm sürməyə çalışdı. İndi isə, həmin Suriya’dan bir çox müsəlman, İspaniyada sığınacaq axtarır. Çox acınacaqlı haldır. İslam tarixi bu qədər zəif dönəmini 14 əsr boyunca heç yaşamamışdır.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Share Button
Tarix: 10.01.2019 | Oxunma sayı: 545 baxış