Arxayınlıq hissi, şeytanın insanna qarşı istifadə etdiyi ən böyük tələ’lərdən biridir. Çünki, insanın ən zəif zamanı – onun arxayınlaşaraq, hər hansı bir işdəki məsuliyyəti tərk etdiyi andan etibarən başlayır. Bu, istənilən məsələ üçün keçərlidir, eyni zamanda da, İMAN..

 

Dövrün müsəlmanları olaraq düşünürük ki, “Allah mənə və ailəmə, əbədi bir hidayət (inanc) verib, mən və ya ailəm qətiyyən dinimdən dönə bilmərəm”. Bu düşüncə tərzi, insanı rahatlaşdırır və bu dini doğru şəkildə anlamağa əngəl olur. Əgər, dırnaq içindəki düşüncə tərzi doğru olsaydı, Hz. İbrahim (ona salam olsun), “ailəm heç vaxt bütlərə sitayiş etməz” – deyə tam rahatlaşardı. Lakin, Kəbə’ni öz əllərilə inşa etmiş və oğlunu da Allah yolunda fəda edən bir peyğəmbər (!) bu təəccüblü duanı etmişdi:

“..(Ey Rəbbim) Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!” (İbrahim, 35).

 

Təsəvvür edirsinizmi, peyğəmbərlərin atası statusunda olan bir insan, övladlarının, digər böyük günahlara deyil, İslam dinindəki ən ağır cinayət olan – Şirk’ə düşəcəyindən ehtiyat edirdi. Çünki, bu dini doğru şəkildə anlamışdı. “Mən peyğəmbərəm, bu iş bitdi” deyə rahatlığa qapılmadı.

 

Bu günün ən aktual şirk növü, bildiyimiz insan əliylə düzəldilmiş bütlər olmaya bilər. İnəyə sitayiş də olmaya bilər. Pul sevgisi və məqam arzusu kimi şeylər də, qəlbdə hakim olarsa, büt’ə bənzər bir sitayişə çevrilə bilər. Günümüzdə, təkcə elə bu iki forma, milyonlarla insanı Allaha səcdə etməkdən və ya bu səcdənin mahiyyətini anlayaraq: yalandan, qeybətdən, hiylədən, pul sevgisindən, təkəbbürdən və vəzifə köləliyindən uzaq bir müsəlman olmaqdan yayındırmırmı?..

 

Arxayınlıq içində “yatan” deyil, daima Allahdan iman sabitliyi istəyən və gündəlik həyatında örnək bir müsəlman şəxsiyyət olmaq üçün çoxlu dua edən birisi olmalıyıq. Hər birimiz Allahın yardımına möhtacıq..

 

 

 

Hazırladı: Ayxan Yaquboğu

Bənzər Məqalələr