Tövbə etməkdən qorxma. Çünki, günah etməyən insan yoxdur, hər kəs xəta edir. Əsas odur ki, xətanın fərqinə vararaq, inadkarlıq edilməsin.

 

Peyğəmbərimiz (ona salam olsun) demişdir: «Allaha and olsun ki, mən gündə yetmiş dəfə­dən artıq Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!» (Fəthul-Bari, 11/101).

Həmçinin, demişdir: «Ey insanlar! Allaha tövbə edin! Mən Ona gündə yüz dəfə tövbə edirəm!» (Muslim).

 

Tövbənin qəbulunu asanlaşdıran söz və əməllər də mövcuddur. Hz. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Kim

[Əstəğfiru-llahəl-aziməl-ləzi lə ilahə il­lə huvəl-həyyul-qayyum və ətubu ileyhi]

«Özündən başqa məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma dilə­yirəm və Ona tövbə edirəm!» – deyərsə, döyüş meydanından qaçsa belə Allah onu bağışla­yar. (Əbu Davud, 2/85)

 

Tövbə üçün vaxt seçimi.

Peyğəmbərimiz başqa bir hədisdə belə buyurmuşdur: «Rəbbin bəndəyə ən yaxın olduğu vaxt gecə­nin axırıdır. O saatda Allahı zikr edənlərdən ola bilirsənsə ol!» (Tirmizi).

 

Tövbənin qəbul anı.

Peyğəmbərimiz (ona salam olsun) demişdir: «Bəndənin Rəbbinə ən yaxın olduğu (hal) onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları artırın!» (Muslim, 1/350)

Peyğəmbərimiz, bütün yaradılmışların ön üstünü olsa da, bu Onu (sallallahu aleyhi va səlləm) məxluq olmaqdan çıxarmaz. Buna işarə edərək belə buyurmuşdur: «Mənim də qəlbim tutulur və mən gündə yüz dəfə Allahdan bağışlanma diləyirəm!» (Muslim).

 

Böyük alim İbnul-Əsir deyir:

«qəlbim tutulur», yəni örtülür, bürünür. Burada səhv qəsd edilir. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) çoxlu zikr və ibadət edər, (Allaha) dava­miyyətli şəkildə itaət edərdi. Hərdən nəyi isə unudur yaxud səhv edirdisə, bunu özü üçün günah sayıb Allahdan bağış­lanma diləyirdi» (Camiul-Usul, 4/386).

Bizim bəlkə də xəta adını belə vermədiyimiz şeylər üçün gündə 100 dəfə tövbə etmiş Peyğəmbəri olan bir ümmətin övladı, həyatı boyunca etdiyi minlərlə ciddi günaha görə, tövbə qapısından ayrılmamalı, Allahdan daima yardım diləməlidir.

 

 

 Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 24.12.2018 | Oxunma sayı: 731 baxış