Bəd əlamət – hər hansı bir şey gördükdə yaxud eşitdikdə və ya bir hadisə baş verdikdə bunu uğursuzluğa yozmağa – deyilir.

Bəd əlamətlərə, “nəhslik” deyilən uğursuzluğa inanmaq, hələ İslamdan öncəki cahiliyyət dövründə mövcud idi. Cahiliyyət dövründə ərəblər səfərə çıxmaq istədikdə onun uğurlu və ya uğursuz olacağını bilmək üçün göyə quş uçurdardılar. Onlar fikrləşirdilər ki, quş sağ tərəfə uçsa səfər uğurlu, sol tərəfə uçsa uğursuz olacaq. Belə ki, onlar səfərin uğurlu və ya uğursuz olacağını quşun sağ və ya sol tərəfə uçması ilə əlaqələndirirdilər. Lakin Peyğəmbərimiz (ona salam olsun) onlara, aşağıdakı ayəni oxuyaraq, bu inancın bir xurafat və batil olduğunu bildirdi:

 

“Məgər onlar başları üstündə qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!” (Quran, Mulk: 19)

 

Bununla yanaşı, Əziz Peyğəmbərimiz (ona salam olsun) bizlərə, bu cür batil inanc və xurafatlarla mübarizə aparmaq üçün dua’lar da öyrətmişdir. Bu səbəblə də, insaın beyninə belə düşüncələr gəldiyi zaman, hər şeyin yaradıcısının Allah olduğunu, Onun izni olmadan heç bir əlamətin, heç bir xəyali düşüncənin zərər vura bilməyəcəyinə yəqinliklə inanmalıdır.

[Allahummə lə tayra illə tayrukə, va lə xayra illə xayrukə, va lə ilahə ğayru­kə]

«Allahım! Sənin (izninlə göydə uçan) quşundan başqa heç bir quş yoxdur, Sənin verdiyin xeyirdən başqa xeyir yoxdur və Sən­dən başqa məbud yoxdur!» (Əhməd, 2/220)

 

Xoş əlamətə gəldikdə isə, bu, Peyğəmbərimizin (ona salam olsun) xoşuna gələrdi. Hətta bəzən bir nəfərin yaxşı söz söylədiyini eşidib onu bəyənmiş və belə demişdir:
Ağzından çıxan xoş əlaməti bəyəndik!” (Əhməd, Əbu Davud)

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 23.12.2018 | Oxunma sayı: 2. 434 baxış