Steve Jobs (Stiv Cobs) haqqında uzun-uzadı məlumat verməyəcəyik. Çünki o, demək olar ki bütün dünyanın tanıdığı məşhur ixtiraçı və biznesmendir. Onu yaxından tanımaq istəyənlər, internetdə yetərincə məlumatlarla tanış ola bilərlər. Bu yazımızda, onun kimi nəhəng bir iş adamının, həyatının sonlarında dünya malı, dünya sevgisi haqqında dediyi ibrətamiz sözlərdən bəzilərinə (ixtisar və əlavələrlə) yer vermək istəyirik: 

 

…İş dünyasında uğur’un zirvəsinə qədər çatdım. Mənim həyatım – digərlərinin gözündə mükəmməl bir uğur misalı idi..

Lakin, işdən savayı çox az xoşbəxtliyim oldu. Nəticədə, maddi zənginlik – artıq həyatımın öyrəşmiş olduğum bir parçasıydı.

 

Hal-hazırda xəstə yatağında yatarkən bütün həyatımı göz önündən keçirərək görürəm ki, o qədər fəxr etdiyim ‘hər kəs tərəfindən tanınma’, ‘təriflənmə’ və bu ‘maddi zənginlik’ – yaxınlaşan ölümlə solur və mənasını itirir..

 

Tibbi aparatlardan çıxan yaşıl işığa baxır, mexaniki səsləri eşidir və ölüm nəfəsinin getdikcə yaxınlaşdığını hiss edirəm..

 

Artıq başa düşürəm ki, həyatımızı yaşamaq üçün ehtiyac olan maddiyyatı əldə etdikdə; pul və dünya malı ilə əlaqəsi olmayan şeylərlə məşğul olmalıyıq. Maddiyyatdan daha önəmlidir – olmalıdır bu məsələlər. Bəlkə münasibətlərimiz, bəlkə sənət, bəlkə də gənc yaşlarımızda arzuladığımız hər hansı bir xəyal.. Durmadan maddiyyat arxasıyla qaçmaq – insanı yoldan çıxmış bir varlığa çevirir, eynilə mənim kimi.. 

 

Allah – hisləri, digər insanların qəlbindəki sevgini hiss etmək üçün verdi; maddiyyatın bizləri yuxulara daldırdığı yanlış yönlər üçün deyil. 

 

Dünyanın sərhədi yoxdur.. İstədiyin yerə (arzu və xəyallara) qədər get.. Yüksəlmək istədiyin qədər yüksəl.. Ömrüm boyunca qazandığım maddi imkanları yanımda apara bilmərəm; apara biləcəyim şeylər – sadəcə sevgiylə bəslənmiş xatirələrimdir. Bax sənin zənginliyin bunlardır! Yanında daima qalacaq olan, sənə güc verəcək, işıq tutacaq olan bunlardır..

 

Dünyadakı ən bahalı yataq hansıdır? Təbii ki, ‘xəstə yatağı’.. Bilirsənmi niyə? Maşınını idarə etmək üçün sürücün ola bilər. Sənə pul qazandıracaq adamların ola bilər. Amma xəstəliyi sənin əvəzinə yaşayacaq heç kimin ola bilməz.. İtirdiyin maddiyyatı yenidən bərpa edə bilərsən, amma itirdiyin zaman yenidən əldə edə bilməyəcəyin tək bir şey var – Həyat..

Hal-hazırda həyatın hansı mərhələsində olsaq da, vaxtı çatdığı zaman pərdə aşağı enəcək..

 

Ailənə, həyat yoldaşına, dostlarına qarşı hiss etdiyin sevgidir – əsl xəzinən! Özünə qarşı doğru davran. Allahı unutma, çünki heç kəs olmadığı zaman sənin yanında həmişə odur və bu, sonsuz olaraq da bu cür davam edəcək..

 

 

“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).” (Quran, 29/64)

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu 

Share Button
Tarix: 22.12.2018 | Oxunma sayı: 896 baxış