İnsan, çox zəif bir məxluqdur. Bir çox məsələdə daima xatırladılmağa, nəsihət olunmağa möhtacdır. Buna görə də ətrafındakı insanların, ona fayda verə biləcək şəxslər olması, onun dünya və axirəti üçün olduqca mühümdür. Peyğəmbərimizin “mömin, möminin güzgüsüdür” sözləri də, buna bir işarədir.

 

Lakin, insanın ən böyük tərbiyəçisi, elə məhz özü olmalıdır. Özünü daima nəzarətdə saxlamalı, bu vəzifəni başqalarının üzərinə yıxmağa çalışmamalıdır. Sənə kim nəzarət edəcək? Vaxtını boş şeylərə və şəxslərə israf etdikdə sənə kim xəbərdarlıq edəcək? Allahı xatırlaman, Quran oxuyub əzbərləmən gərəkən bir zamanda, faydasız işlərin sərxoşluğu altında olduqda sənə bunu kim xatırladacaq? – kimi suallara öz qəlbində cavab axtardıqda, ‘heç kimin bunu etməsini gözləmə, insan özü özünün ən gözəl şahididir’ de!

“Doğrusu, insan özü-özünə şahiddir!” (Quran, Qiyamə 14)

 

İnsan uzun-uzadı üzür və bəhanələr axtarmağa çalışır, lakin hansı səbəb gətirirsənsə gətir, qaça bilməyəcəyin birisi var, o da SƏN’sən.. və bunun üçün sadəcə güzgüyə baxman kifayət edər. Artıq tam dürüstlüyümüzlə güzgüyə baxmamız lazımdır.

 

İnsanların görə bildiyi bir simamız var. O simanın arxasında baş verənləri yalnız özümüzdən başqa (Allah xaric) heç kəs bilməz. Bunu, insanlara qəbul etdirmək asandır. Hətta bir müddət sonra buna özümüzü də inandıra bilərik. Lakin, səmimi və dürüst olmadığımızı çox gözəl bilirik. Dürüstlüyünü test etməkmi istəyirsən? İxlas’ının (Allahın razılığına can atmağının), yəni – namaz və Quran’a qarşı həssaslığına diqqət et! Bunlara can atırsanmı, yoxsa həvəssiz, sanki məcburi etdirilirsənmiş kimi gəlir sənə?!..

 

Bəzən Qurandakı ayələr bir şillə kimi dəyər sənə. Gecələrə kimi bir film və ya oyun izləyər və yatsı (işa) namazını qaçırarsan. Gec yatar, sübh namazına oyana bilməzsən. Aşağıdakı ayəni sanki ilk dəfə oxuyursanmış kimi gələr bu an:

 

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsullardan) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (Quran, Kəhf, 28)

 

Bəli, Quran’ın sənə təsiri bu cür olmalıdır. Hər ayəni oxuyarkən bu hissiyyatı və təsiri hiss etsən, bu – o zaman həqiqi və çalışqan bir müsəlman olmaq yolunda irəliləyirsən -deməkdir.
Allah, çöllükdə/səhrada (Məkkə çöllüklərində) insanlığı tərbiyə etməyə başladı.. Səni də tərbiyə etmək istəyərsə, harada olmağının heç bir önəmi olmaz! Sən Allah’a bağlı ol və başqa heç kimi gözləmə..

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 29.01.2018 | Oxunma sayı: 2. 583 baxış