Şiddәtli dünya sevgisi, insanı axirәt sevdasından addım-addım uzaqlaşdırar.. Lakin, müsәlman insandan, dünyadan tamamilә uzaqlaşmaq deyil, balanslı şәkildә dünyadan istifadә etmәk tәlәb olunur. Çünki, bir şeyin ifratı da, tәfridi dә qәbul olunmazdır.. Bu balans’ı vә dünyaya çox şiddәtli şәkildә bağlanmamağı tәmin etmәk üçün İslam dininin tәklif etdiyi hәll yolu – zahidlikdir. Nәdir zahidlik?..

 

Sәhl b. Sad belә deyir: “Bir nәfәr Allahın elçisinin yanına gәlәrәk “Ey Allahın elçisi! Mәnә elә bir әmәl de ki, onu etdiyim zaman Allah da mәni sevsin, insanlar da..” Cavab olaraq Peyğәmbәrimiz (ona Allahın salamı olsun) belә buyurdu: “Dünyada zahid ol ki, Allah sәni sevsin, insanların әllәrindә olanlara (mal-mülklәrinә) qarşı zahid ol ki, insanlar da sәni sevsinlәr..” (İbn Macә rәvayәt etmişdir, “hәsәn” (yaxşı) isnadlıdır).

 

 

Peyğәmbәrimizin bu tövsiyyәsi, bizlәrә dünya malına göz dikmәmәyi öyrәdir. Uca Allah belә buyurur: “Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir..” (Alә, 16-17)

Hәmçinin buyurur: “..Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Müdrikdir.” (Әnfal, 67)

 

Muslim, öz “Sahih” adlı kitabında Cabirdәn belә rәvayәt edir: “Bir gün peyğәmbәrimiz, sәhabәlәrlә birlikdә yol ilә gedәrkәn qulaqları kiçik olan ölü bir keçi balasına rast gәlir vә belә buyurur: “Bu sizin olsaydı, bәyәnәrdinizmi?” Hәr kәs “Ey Allahın elçisi, o sağ olsaydı belә onu istәmәzdik..” Bunun üzәrinә peyğәmbәrimiz belә buyurdu: “Allaha and olsun ki, dünya – Allaha bunun (keçinin) sizә xor gәlmәsindәn daha da xordur..”

 

 

Başqa bir rәvayәtdә peyğәmbәrimiz (ona Allahın salamı olsun) belә buyurmuşdur: “Әgәr dünyanın – Allah yanında bir milçәk qanadı qәdәr dәyәri olsaydı, dünyada kafirә bir qurtum belә su içirmәzdi..” (Tirmizi vә İbn Macә rәvayәt etmişdir, sәhihdir).

 

 

İlk olaraq qeyd etdiyimiz hәdisdәki “zahid” kәlmәsi haqqında Yunus b. Mәsirә belә demişdir: “Zahidlik – halal bir şeyi özün üçün haramlaşdırmaq vә malı zay etmәk demәk deyildir. Zahidlik – öz mal-dövlәtini Allahın mülkü qarşısında bir şey hesab etmәmәkdir; müsibәtә uğradığın halınla, müsibәtә uğramadan yaşadığın normal hәyatın eyni olmasıdır; haqq uğrunda sәni tәnqid edәnlә tәriflәyәn insan, sәnin gözündә eyni olmasıdır..”

 

 

Bizdәn öncә yaşamış xeyirli, müdrik insanlar, zahid olmaq üçün çalışmışlar.. Onların dәrdi dünya deyil, axirәt olmuş vә buna görә dә Allah onları dünyada da, axirәtdә dә sevindirmişdir. Onları aclıq, çәtinlik üzmәzdi, әksinә buna – Allahdan olan bir imtahan olaraq baxar vә “Allah bizi sevir ki bizi imtahan edir” deyә sevinәrdilәr. Әhmәd b. Hәnbәl belә deyәrdi: “Günlәrim arasında mәnә әn sevimli olan – sәhәrә çıxıb yanımda heç bir şeyin olmadığı gündür..” (Cәmiul-Ulum)

 

Fudeyl demişdir: “Zühdün әsası – Allahdan razı olmaqdır. O insan Allaha güvәnәr, Qәdәrinә razı olar, yaradılmışlardan ümidini kәsәrәk Allaha bağlanar.. Belәliklә dә dünyanı arzulamaqdan qurtulmuş olar..” (Cәmiul-Ulum) Hәqiqәtәn dә, kim belә olarsa, zahid vә -dünyada heç bir şeyi olmasa belә- insanların әn zәngini olar.

 

 

İbn Mәsud demişdir: “Allahın qәzәb etdiyi şeylәri edәn insanlardan razısansa; ruzini Allah verdiyi halda -Allahı tam unudaraq- başqalarını tәriflәyirsәnsә; Allahın vermәdiyi bir şey sәbәbi ilә başqasını qınayırsansa – Allaha qarşı inamın tam deyildir! Çünki, qәzәb edәnin qәzәbi, Allahın ruzisini gәtirmәz vә bәyәnmәyәnin bәyәnmәmәsi, o ruzini geri çevirә bilmәz!..” (İbn Әbi әd-Dunyә rәvayәt etmişdir).

 

 

A’ta әl-Xorasani mәclisdәn qalxmamışdan öncә belә deyәrdi: “Allahım! Bizә yәqinlik/qәtiyyәt inancını bәxş et! Elә iman ki, dünya müsibәtlәri bizә kiçik gәlsin, bilәk ki, bizim başımıza yalnız sәnin yazdığın şeylәr gәlәcәk vә ruzidәn bizә nә ayırmısansa, o da bizә çatacaq..” (Cәmiul-Ulum)

 

 

Zahidliyin әsaslarından biri dә, tәriflәnmәyi sevmәmәk, tәnqiddәn isә qorxmamaqdır.. Çünki, insanların çoxu, tәriflәnmәyi, daima başda olmağı, alqışlanmağı sevәrlәr vә tәnqid olunmaq onları çox narahat edәr.. Belә demişlәr: “Başçı olmağa qarşı zahid olmaq (ona göz dikmәmәk, arzulamamaq) – qızıl vә vә gümüşә qarşı zahid olmaqdan daha çәtindir..” (Hilyә, 8/238).

 

Vәhb b. әl-Vard demişdir: “Dünyada zahid olmaq – dünyada itirdiyin şeyә üzülmәmәk vә qazandığın şeylәrә dә sevinmәmәkdir.” (Hilyә, 8/140)

Belә bir insan üçün, dünyanın ona tәrәf gәlmәsi dә, arxa çevirmәsi dә eynidir.. Azlığı da, çoxluğu da, müsibәt halı da, müsibәt olmayan halı da eynidir..

 

 

Sual: – Mal-mülkü olan insan zahid ola bilmәzmi? Әhmәd b. Hәnbәl (Allah rәhmәt etsin) bu suala belә cavab vermişdir:

“Әgәr mal-mülkün çoxluğu ilә sevinmirsә vә azalması ilә üzülmürsә, zahiddir..” 

 

Sufyan b. Uyeynә “Dünyada zahid kimdir?” sualına belә cavab vermişdir: “Nemәt verilincә şükr edәn vә bәla verilincә sәbir edәndir”. (Cәmiul-Ulum)

 

Sufyan әs-Sәvri demişdir: “Dünyada zühd – qısa әmәldir (yәni, çoxlu әmәllәr edәcәk uzun vaxtının olduğunu düşünmәyәrәk, qısa әmәl üçün vaxtının olduğunu düşünmәk). Bizdәn öncәki xeyirli insanlar belә dua edәrdilәr: “Allahım, bu dünyada bizi zahidlәrdәn et vә zahidliyi qәlbimizdә genişlәndir, bizdәn geri çevirmә vә bizә onu arzulatdır..” (Cәmiul-Ulum)

 

 

Zühd (zahidlik) bir neçә növdür. İbrahim b. Әdhәm demişdir:

“Zühd üç cürdür: Vacib olan, savabı bol olan olan vә salamatlıq olan. Vacib olan – haramlara qarşı zahidlikdir. Savabı olan – halallara qarşı zahidlikdir (dünya nemәtlәrini çox arzulamamaq, bağlanaraq çox arzu etmәmәk). Salamatlıq isә, şübhәli şeylәrә qarşı zühddür..” (Hilyә, 8/26)

 

 

Mucahid (Allah rәhmәt etsin) demişdir: “Hәr yaradılmış gün, gәlәrәk belә deyәr: ‘Bu gün, gün olaraq sәnә gәldim vә bu gündәn sonra bir daha da qayıtmayacağam, mәndә (bu gün) nә edәcәyinә diqqәt et! Hәr günün üzәrinә möhür vurular vә Qiyamәt günü Allah açana qәdәr bir daha әsla açılmaz.. Hәr gecә dә belәdir..” (Hilyә, 3/292)

 

 

İnsanlar dünyada iki qismdirlәr:

 

1. Dünyadan sonra mükafat vә ya cәza alınacaq bir günün, axirәtin olduğunu inkar edәnlәr.. Uca Allah onlar haqqında belә buyurur: “Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!” (Yunus, 7-8) 

   

Bu insanlar dünyadan bol-bol istifadә edәrlәr.. Lakin, onların görәcәklәri, elә iki-üç günlük dünyadan başqa bir şey deyildir.

“..Kafirlər isə (müvəqqəti olaraq) kef çəkər, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!” (Muhәmmәd, 12)

 

 

2. Ölümdәn sonra dirilişin, axirәtin varlığını qәbul edәnlәr. Onlar da üç qismdirlәr: özlәrinә zülm edәnlәr, orta hallı olanlar, xeyirlәrә can atanlar. Özlәrinә zülm edәnlәr çoxluqdur.. Onlar, dünya bәr-bәzәyi ilә bәrabәrdirlәr, dünyanı halal olmayan yol ilә qazanarlar, dünya onların mәqsәdlәri olmuşdur, dünya üçün qәzәblәnәr, dünya üçün dostluq vә düşmәnçilik edәrlәr.. Mәqsәdlәri oyun, әylәncә, öyünmә, uşaq sahibi olmaqdır.. Onlar bu dünyanın, әsl hәyat olan axirәti qazanmaq üçün bir fürsәt olduğunu anlamadılar.. İman etmiş olsalar da, Allahı tanıyan әsl zahidlәr kimi, imanın dadını hiss edә bilmirlәr..

 

Orta hallı olanlar – vaciblәri yerinә yetirәrlәr, dünyadan halal yöndә istifadә edәrlәr, lakin daha çox xeyirlәr işlәmәyә can atmazlar, bu da onların axirәt dәrәcәlәrini azaldar. İbn Ömәr demişdir:

“Qul – dünyadan bir şey әldә edәrsә, Allah qatında dәrәcәlәrindәn azalar.. Nә qәdәr sәxavәtli insan olsa da bu belәdir..” (İbn Әbi әd-Dunyә yaxşı isnadla rәvayәt etmişdir).

 

Ömәr b. әl-Xattab, dünyaya azcada olsa meylli insanlardan uzaq durar vә belә deyәrdi: “Әgәr yaxşılıqlar(ım)dan azalmayacağını bilsәydim, sizinlә yumşaq davranar vә sizinlә qaynayıb-qarışardım..” (Cәmiul-Ulum)

 

Fudeyl demişdir: “İstәsәn dünyadan çox, istәsәn az istifadә et.. Bil ki, sәn öz (savab) torbandan xәrclәyirsәn.. Allah öz bәndәlәrinә artıq/әlavә dünya bәzәklәrini qadağan etmişdir..”

 

 

Vәhb demişdir: “Uca Allah Musaya belә demişdi: “Mәn öz övliyalarımı (dostlarımı) dünya nemәtlәrindәn uzaqlaşdırıram.. Eynilә, şәfqәtli bir çobanın öz dәvәlәrini, insan vә heyvan pisliklәrindәn uzaq tutduğu kimi.. Bunu, onların başqalarından әksik olduqlarına görә deyil, dünyanın onu  yaralamadığı, salamat vәziyyәtdә mәnim (axirәt) mükafatımdan öz nәsiblәrini alsınlar deyә edirәm..” (İbn Racәb “Cәmiul-Ulum”da nәql etmişdir vә belә demişdir:) Buna Tirmizinin, Qatәdә b. Numandan rәvayәt etdiyi hәdis dә şahidlik etmәkdәdir: “Allah әgәr bir qulunu sevәrsә, onu dünyadan qoruyar.. Eynilә sizdәn birinizin, xәstәsini sudan qoruduğu kimi.. (Muslim, Әhmәd, İbn Macә vә digәrlәri sәhih isnadla rәvayәt etmişlәr).

Buna görә dә Peyğәmbәrimiz buyurmuşdur: “Dünya – möminin zindanı, kafirin cәnnәtidir”. (Muslim)

 

“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir..” (Hәdid, 20)

 

 

 

Dahi alim İbn Rәcәb’in “Cәmi’ul-Ulum” adlı әsәrindәn istifadә olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr