Dünyəvi zövq və əyləncələr üçün edilməyən tək bir #bayram nümunəsi düşünülə bilərmi? Təkcə İslamda, bizim ‘Ramazan bayramı’ dediyimiz, (ərəbcə) orijinal olaraq isə, “iydul-Fitr” (Fitr bayramı) adlanan bayram vardır. Mədinəyə hicrətdən sonra edilmiş ilk əmr olan Ramazan orucunun ardıyla Fitr sədəqəsi (Fitrə) əmr edildi və buna görə də yaddaşlarda adı – elə ‘Fitr bayramı’ olaraq qaldı. Sədəqə adlı bir bayram..

 

Ehtiyaclılara əl tutaraq #sədəqə verən və bunu bayram edən bir din’in nümayəndəsi, daima xeyirxah işlərdə ən ön sıralarda olub, bunu özü üçün bir sevinc içində olacağı bir bayram’a çevirməlidir.

 

Xalqımızın vә bütün müsәlman dünyasının bu gözәl bayramı mübarәk olsun! Bizlərə qələbə sevinci bəxş edərək, fərqli bir Ramazan yaşadan Rəbbimizə həmd olsun. Uca Allah, vətən uğrunda canlarını fəda etmiş soydaşlarımıza rəhmət etsin! Torpaqlarımızı və bütün müsəlman diyarlarını düşmənlərin hiylələlərindən hifz etsin! Rəbbimiz bütün İslam aləmini xəstəliklərdən, sıxıntılardan bəlalardan və zülmdən qorusun. Uca Allah bu ayda etdiyimiz ibadәtlәrimizi qәbul etsin vә bizlәri bağışlanmış halda növbәti Ramazanlara çatdırsın!

 

www.islamevi.az

Bənzər Məqalələr