Nəyə görə üzüldüyün haqqında heç düşünmüsənmi? Xəstəlik və sıxıntıların keçib gedəcəyi, günahların bağışlanacağı halda üzülməyə nə gərək var? Çünki bu dünyada hər bir sıxıntı müvəqqətidir. Borclar ödənər, məhbus azadlığa çıxar, itirilmişlər geri qayıdar, günahkarlar tövbə edər, kasıblar da bu vəziyyətdən xilas olarlar.

 

Üzülmə! Görmürsənmi qara buludlar necə dağılıb gedirlər.. Qaranlıq gecələrin necə aydınlığa qovuşduğunu, fırtınaların necə sovuşduğunu görmədinmi? Əgər bunlar belədirsə, əmin ol ki, sən də bir gün sıxıntılardan qurulub rahatlığa qovuşacaqsan, həyatın şənlənəcək və gələcəyin də gözəl olacaq. Uca Allah buyurur: “…Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir gələcək/qayıdış yeri (Cənnət) gözləyir!” (Sad surəsi, 49).

 

Üzülmə! Günorta istisinin susuzluğunu sərin bir su, aclığın ağrısını da isti bir çörək aradan götürər. Yuxusuzluq şirin bir yuxu ilə, xəstəlik də sağlamlığa qovuşmağın ləzzəti ilə sona çatar. O halda, bir az səbir etmən və gözləmən gərəkdir.

 

Üzülmə! İlahi qüdrətin təcəllisi qarşısında həkimlər çaşıb qalar, filosoflar aciz qalar, müdriklər ayaq saxlayar, şairlər biri-birindən soruşar, çarələr tükənər.

 

Əli b. Cəbələ belə demişdir:

“Bəlkə bir rahatlama olar, bəlkə ümidlənər könlümüz “bəlkə” ilə.
Ümidini itirmə heç zaman öldürücü bir kədər görsən belə.
Rahatlığın insana ən yaxın olduğu an – ümidsizliyə qapıldığı andır.”

 

Üzülmə! Allahın sənin üçün seçdiyinə razı ol. Allah səni kasıb etmişsə, səbir et, səni zəngin etmişsə, şükür et. Bütün bunlar sənin “Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyam!” (Tirmizi). – deməyinin gərəklərindəndir.

 

Üzülmə və insanların nə etdiklərinə baxma.. Çünki başqaları sənə nə zərər, nə də xeyir verə bilərlər; nə öldürə, nə də həyat verə bilərlər; nə imtahan edə bilər, nə də savab və ya mükafat verə bilərlər. Müdriklər gözəl demişlər: “Digərlərinin həyatı ilə məşğul olanlar öz həyatını yaşamağı qaçırar.”

 

Allah sənə elə gözəlliklər nəsib etmişdir ki, onlara şükür edəcək edəcək olsan, üzülməyə vaxtın qalmaz. Uca Allah buyurur: “Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz.” (İbrahim surəsi, 34).

 

Sənin Uca Rəbbin, möhtəşəm bir kitabın (Quranın), tər-təmiz bir dinin (İslamın) və əbədi olaraq (inşallah) orada yaşayacağın Cənnətin var. Bu halda sən çox xoşbəxtsən. Lakin, bunun fərqində deyilsən..

 

İbrahim b. Ədhəm necə də gözəl buyurmuşdur: “Elə bir həyatın içindəyik ki, padşahlar bu həyatı bilsəydilər, onun üçün qılınclarını çəkərək var gücləri ilə bizimlə mübarizə aparardılar.”

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 28.03.2017 | Oxunma sayı: 2. 863 baxış