Sizcə belə həyat sıxıcı deyildirmi?..

Nursuz davam edən həyat?!

Belə həyatda insan rahatlıq tapa bilərmi?

Tapsa belə, müvəqqəti və keçicidir. Çünki Uca Allah`la öz aranda olan nur bağını qoparmısan. Peyğəmbərimiz (Ona Salam olsun) necə də gözəl buyurmuşdur: “Namaz nurdur.”

 

Uca Allahın nurundan qafil qalan insan!

– Dünya bər-bəzəyinə, şeytanın sənə gözəl göstərdiyi günahlara görə Allahın nurundan üz döndərmək olarmı?

 

Sizcə belə insan rahatlıq taparmı? Bu bilirsinizmi nəyə bənzəyir? Sanki zəif insan deyir ki, mənim Allahın nuruna ehtiyacım yoxdur. Yaxşı, bəs bu dünyada şeytanın gözəl göstərdiklərinə aldandın, Allahın nurundan uzaq durdun və həyatın beləcə sona çatdı. Bəs zülmət, qaranlıq və tək qalacağın qəbirdə nur istəmirsənmi? Zülmətdə, tək qalanda, dost-tanış, övlad, ata-ana, heç kim olmayanda nə edəcəksən? O zaman peşmançılığın fayda verməz, o zaman deyəcəksən ki, nə olardı dünyaya qaytarılardım və mən də namaz qılanlardan olardım.. Bunlar qəbir evindəki boş-boş təmənnilərdir. Çünki, insan bir daha dünyaya qayıtmaz.

 

Axirətdə Uca Allah səni dirildib hüzuruna çağıranda o zaman bədənin əsəcək. O gün üçün Allahın nuruna ehtiyacın yoxdurmu?!

 

Uca Allah buyurmuşdur:

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər.” (Məryəm surəsi, 59).

 

Allah və Rəsulunun sevgisini iddia edən!
– Allahın nurundan niyə üz döndərmisən?

 

Dünya şəhvətlərinə görə, Allahın nurundan yapışmayan kəs zavallı deyilsə, bəs nədir?

Bir anlıq düşün.. Gecənin zülmət qaranlığındasan. Səhər açılmasa, günəş çıxmasa halın necə olar? Bəs qaranlıq və zülmət qəbir üçün nuru niyə bu dünyada söndürmüsən?

 

www.islamevi.az

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 22.12.2016 | Oxunma sayı: 1. 782 baxış