Riya – dinimizin tәnqid etdiyi bir xüsusiyyәtdir. İbadәtindә Allahı deyil, başqasını düşünәrәk, әmәlini başqası üçün göstәriş olaraq edәn insan – hәdislәrdә qeyd olunduğu kimi, (kiçik) şirk’ә düşmüşdür.

 

İlk olaraq cəhənnəm atəşini alışdıracaq kəslər, ibadət əhlindən əməllərində riya edənlər olacaq. Onların arasında isə ilk olaraq atəşə daxil olanlar – riyakarlıqla alimlik, riyakarlıqla cihad edən və riyakarlıqla sədəqə verənlər olacaq. Çünki riyanın azı da şirkdir.

 

Әbu Hureyrə’dən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Allahın Elçisini belə deyərkən eşitdim: “Qiyamət günü haqlarında hökm veriləcək ilk insanlar bunlar olacaq: şəhid olmuş bir nəfər.. onu (hüzura) gətirəcəklər, sonra ona nemətlər barədə məlumat verəcək və o, bu nemәtlәri tәsdiqlәyәcәk. Allah deyəcək: “Bunlarla nə etdin?” Deyəcək: “Şəhid olana qədər sənin uğrunda döyüşdüm.” Allah deyəcək: “Yalan dedin! İnsanların sənin haqqında “cəsurdur” deməkləri üçün vuruşdun və həqiqətən dә (sәnә cәsur döyüşçü) deyilmişdir.” Sonra əmr olunacaq və atəşə atılması üçün üzü üstə sürüləcək.. Sonra elm öyrənmiş, onu öyrətmiş və Quran oxumuş bir nəfəri gətirəcəklər. Allah ona nemətləri haqqında xәbәr verəcək və o, bunları tanıyacaq. Allah deyəcək: “Bunlarla nə etdin?” Deyəcək: “Elm öyrətdim, onu öyrətdim və Quran oxudum.” Deyəcək: “Yalan dedin, sən insanların “alimdir” demələri üçün elm öyrəndin, “qaridir” deməkləri üçün Quran oxudun, həqiqətən elə də deyilmişdir.” Sonra əmr olunacaq və atəşə atılması üçün üzü üstə sürüləcək.. Sonra Allahın, imkanlarını genişləndirdiyi, hər cür növ mal verdiyi bir nəfər gətiriləcək, Allah ona nemətləri barədə məlumat verəcək və adam onları tanıyacaq. Allah deyəcək: “Bunlarla nə etdin?” Deyəcək: “Uğrunda sədəqə verilməsini sevdiyin elə bir yol olmadı ki, o yolda sənin üçün sədəqə vermiş olmayım.” Allah deyəcək? “Yalan dedin! Lakin sən bunu insanların sənin haqqında “o, səxavətlidir” deməkləri üçün etdin. Həqiqətən də o cür deyiblər.” Sonra əmr olunacaq və atəşə atılması üçün üzü üstə sürüləcək.” (Muslim 1905, Tirmizi 2382)

 

Lakin o kəslər kafir deyil müsəlman olacaqlar. Bu əməllərində ixlaslı olmadıqları üçün atəşdə əzab görəcəklər. Bu, böyük alim Şatibi’nin “əl-Muvaffəqat” kitabında üstünlük verdiyi görüşdür, bu həmçinin başqa alimlərin də görüşüdür.

 

✔Riyakarlıq edən kimsə Xaliqin böyüklüyündən cahil olduğu üçün öz əməllərində məxluqu nəzərə alır.

 

✔Riyakar kimsə, hökmdarın adı ilə imzaları saxtalaşdırar və rüşvətləri özü üçün toplayar və elə zənn edirlər ki, o, hökmdarın zadəganlarındandır və o, hökmdarı tamamilə tanıyır.

 

✔Riyakar kimsə saxta dirhəmlərin üzərində hökmdarın adını həkk edir ki, o pullar dövriyyəyə keçə bilsin. Saxta pula isə yalnız qeyri-mütəxəssislər aldanar..

 

Riya əhlindən sonra atəşə şəhvət sahibləri, nəfslərinin istəklərinə itaət etmiş, Rәblәrinә üsyan etmiş nəfs istəklərinin qulları daxil olacaqlar. Lakin Allahın həqiqi qullarına gəldikdə isə onlara belə deyiləcək:

 

“Ey rahatlıq tapmış nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!” (Fəcr, 2730) 

 

Riya – hәqiqәtәn dә çox gizli vә buna görә dә çox tәhlükәli bir günah olaraq şirk hesab olunur. İnsan bәzәn fәrqindә belә olmadan riyaya düşә bilir. Bu sәbәblә dә daima diqqәtli olmalı, imanını artıran әmәllәr etmәyә çalışmalı vә hәmişә Allahın razılığını qazanmaq uğrunda çalışmalıdır. Riyanın kiçik şirk olduğunu bildikdәn sonra, son olaraq peyğәmbәrimizin bu sözlәrini yaddaşlara hәkk etmәkdә fayda vardır:

 

“Şirk – zülmət gecədə daş üstündə kiçik qarışqanın addımlarından da gizlidir. Bunun ən gizli dərəcəsi – zülm’dən bir şeyi sevmək və ya adillikdən bir şeyə nifrət etməkdir.. Məgər din – sevgi və nifrətdən ibarət deyilmi?!..” (Hakim “əl-Mustədrək aləs-Sahiheyn”-dә rәvayәt etmiş).

 

Böyük alim İbn Rәcәb’in әsәrlәrindәn istifadә olunmuşdur.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

 

Share Button
Tarix: 08.06.2015 | Oxunma sayı: 2. 528 baxış