Səbir – fəlakət zamanı qəlbin sabit olmasıdır. Səbir vә sızlamaq, bir-birinə zidd olub, biri digərinə qarşı çıxır. Belə ki, Uca Allah, cəhənnəm əhli’nin belә deyәcәklәrini xәbәr verәrәk buyurur:

 

«…İndi ağlayıb sızlasaq da, səbir etsək də, fərq etməz. Bizim üçün heç bir sığınacaq yoxdur!» (İbrahim, 21) 

 

Sızlamaq – acizliyin yoldaşı və qardaşıdır. Səbir isə, ağlın yoldaşı və məhsuludur. Sızlamaqdan “atan kimdir” – deyə soruşduqda, “səbirdir” – deyә cavab vermişdir.. 

 

Nəfs – qulun miniyi olub, onunla Cənnət və ya Cəhənnəmə gedər. Səbir isə bu miniyin yüyəni və cilovu kimidir, bunlarsız özbaşına hər tərəfə gedə bilər.

 

Bəzi şəxslərdə özünə faydalı olan şeylәrә səbir etməsi, zərərli olanlara səbir etməsindən qüvvətlidir. Belələri ibadət və itaətin çәtinliyinә səbir edər, lakin qadağan olanlara səbir etməz. Bəzilərinin qadağalara səbir etməsi, ibadət və itaətin çәtinliyinә səbir etməsindən daha qüvvətlidir. Bəzilərində isә, bunların heç biri yoxdur.. 

İnsanların ən üstün və әn fəzilətlisi, həm ibadət və itaətin çәtinliklərinə, həm də Allahın qoyduğu qadağalara səbir edənidir.. Bir çoxları isti və ya soyuq gecələri ibadət etmə, gündüzləri oruc tutma çәtinliyinә səbir edərlər, lakin harama baxmamağa səbir etməzlər. Bəzisi də, haramlara baxmağa səbir edər, lakin insanlara yaxşılıq etməyə, pisliklərdən çəkinməyə, kafir və münafiqlərlə döyüşə səbir etməzlər. İnsanların çoxu bunların heç birinə səbir etməz. Bunların hamısına səbir edənlər isə lap azdır.

 

Deyildi ki, səbir – istək və şəhvət qüvvəsinin qarşısında ağıl və din qüvvəsini hakim etməkdir. Sızlamaq isә, sәbir’dәn sayılmaz. Yəni insan, öz tәbiәtinә uyğun olaraq sevdiyi (nәfsi) şeyləri əldə etməyə çalışır, ağıl və din qüvvəsi isə buna qarşı çıxır.. Bunlar arasında savaş davam edir.. Bu savaşın meydanı qulun qəlbi, səbri, şücaəti və sabitliyidir..

 

 

Dahi alim İbn әl-Qayyim, “Uddәtus-Sabirin”.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

 

 

Share Button
Tarix: 01.06.2015 | Oxunma sayı: 2. 392 baxış