Hz. Peyğəmbər:

‎ﺍﻟﺼﺒﺮ ﺿﻴﺎﺀ
“Sәbir bir işıqdır (Muslim “Tәharәt”, 1)

– deyərkən, nəyi qəsd etdiyini heç düşünə bilirikmi? O (ona Salam olsun), bizim səbirsizlikdən dolayı görə bilmədiyimiz bir işıqdan bəhs edir. O işıq ki, uzun gecələrin sonunda gələn günəşli bir gözəl gündür. Necə də gözəl demişlər:

 ‎الليل مهما طال فلا بدّ من طلوع الفجر
Gecə nə qədər uzun olsa da, MÜTLƏQ doğacaq bir fəcri (sabahı) vardır..

 

Niyə narahatsan ki? Məgər bilmirsənmi ki, səbir edəcəyin şey, çox uzun çəkməyəcək?!.. İbn Mubarək necə də gözəl buyurmuşdur: “Kim səbir edərsə, səbir edəcəyi şey necədə azdır. Kim də səbrsizlik edərsə, ləzzət alacağı şey necədə azdır..”

 

Sәbir et! Sәn yalnız Allah’ın yardımı ilә sәbr edә bilәrsәn. Bir gün rahat nәfәs alacağından әmin olan; sonunun gözәl olacağını bilәn; savabını Allah’dan istәyәn; çәkdiyi sıxıntının, günahlarına kәffarә olmasını istәyәn kimsәnin sәbir etdiyi kimi sәbir et! Sıxıntılar artsa da, önündәki yollara qaranlıqlar çöksә dә sәbir et.. Bil ki, sәbirlə birlikdә uğur vә zәfәr; sıxıntı ilә birlikdә rahatlıq; çәtinliklә bәrabәr isə asanlıq vardır. Sadəcə səbir və duayla gözlə..

 

Hәr bir çәtinliklә bәrabәr bir asanlıq vardır! Gecә – gündüzә hamilәdir, mütlәq onu doğacaqdır! Qeyb örtülüdür, nә olacağı əsla bilinmәz. Әn gözәl ibadәtlәrdәn biri – səbirlə qurtuluşu gözlәmәkdir. Səbir et və qurtuluşu gözlə! Az qaldı..

 

Bu dünyadan gәlib keçmiş böyük insanların sәbr vә dözümlülüklәrinә heyrәt edirik! Müsibәtlәr, başlarına soyuq bir yağış kimi yağdıqda onlar, dağlar kimi sabit durdular. Onsuz da çox deyil, qısa bir müddәt sonra qurtuluş sәhәrinin işıqları üzlәrinә vurmuş, günorta isә artıq uğur vә zәfәr hasil olmuşdu.. Hәtta onlardan bәzilәri sәbrlә dә kifayәtlәnmәmiş, fәlakәtlәrlә mübarizә aparmış vә onlara qarşı meydan oxuyaraq ‘Başqa yoxdurmu?!’ – deyә bağırmışdı…

 

Əziz peyğəmbərimiz (ona Salam olsun) necə də gözəl buyurmuşdur:

“Hər SƏBİR’dən sonra – zəfər gəlir; Hər SIXINTI’dan sonra – rahatlıq/yüngüllük gəlir; Hər bir ÇƏTİNLİK’dən sonra da – mütləq ASANLIQ gəlir..” (Sahih əl-Cəmi, 686)

 

Buna qəlbində tam olaraq inan, zərrə qədər şübhə etmə, sınaqdan keçirildiyini unutma, duaya sarıl, nəticəsini (uğuru) – Aləmlərin Rəbbi olan Uca Allah sənə zəmanət verir! Varmı bundan daha uca bir zəmanət?! Rəbbin, səsini eşitmək, qayğına qalmaq, sıxıntılarını dərhal səndən kənarlaşdırmaq istəyir, bilirsənmi?…

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 05.05.2016 | Oxunma sayı: 2. 310 baxış