Övladını dinimizə uyğun şəkildə tərbiyə etmək istəyirsənmi? O zaman:

 

✔️ Övladının saçını darayanda, ona xəbər ver ki, peyğəmbərimiz (ona salam olsun) belə buyurmuşdur: “Saçı olan, ona xidmət eləsin..” (Sahih Cami, 6493)

 

✔️ Övladına ətir vuranda ona xəbər ver ki, peyğəmbərimiz bunu çox sevərdi.
O (ona salam olsun) buyurmuşdur: “Dünyanızdan mənə ətir və qadınlar sevdirildi. Namaz isə, gözümün nuru edildi.” (Mişkətu Məsabih, 5189)

 

✔️ Övladını məktəbə apararkən, ona xəbər ver ki, Həzrəti Məhəmməd belə buyurmuşdur: “Kim elm yolunu tutarsa, Allah cənnətə gedən yolları onun üçün asanlaşdırar”. (Sahih Muslim, 2699)

 

✔️ Övladının üzünə təbəssüm elədikdə, ona xəbər ver ki, əziz peyğəmbərimiz belə buyurmuşdur: “(Din) qardaşının üzünə təbəssüm etmən – sədəqədir”. (Sahih Cami 2908)

 

✔️ Övladını təriflədikdə ona xəbər ver ki, Allahın elçisi (ona salam olsun) belə buyurmuşdur: “Gözəl söz demək -sədəqədir”. (Sahih İbn Hibban, 472)

 

✔️ Övladına öz yeməyindən ikram etdikdə, ona xəbər ver ki, peyğəmbərimiz belə buyurmuşdur: “Öz qabından, qardaşının qabına su tökməyin – sədəqədir”. (Sahih Cami, 2908)

 

✔️ Böyüklərin məclisində olanda övladından, onlara hörmət etməsini tələb et və ona başa sal ki, biz bununla öz peyğəmbərimizin (ona salam olsun) tövsiyyəsinə əməl edirik. O, belə buyurmuşdur: “Kiçiklərimizə rəhm etməyən və böyüklərimizə hörmət etməyən bizdən deyildir!”. (Sahih Tirmizi, 1919)

 

 

 

 

Müəllif: Muhəmməd Bəzmul
Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 25.04.2016 | Oxunma sayı: 3. 202 baxış