Salehlərdən biri demişdir:

 

Kim bu dörd əməli etməyə müvəffəq olunubsa, digər dörd şeydən məhrum edilməz!

 

1. Dua etməyə müvəffəq olan – onun Allah tərəfindən qəbul edilməsindən məhrum edilməz.

Uca Allah buyurmuşdur:

“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Ğafir, 60).

 

2. İstiğfara (Allahdan bağışlanma diləməyə) müvəffəq olan – Allahın məğfirətindən (bəndəsini əfv etməsindən) məhrum edilməz!

Uca Allah buyurmuşdur:

“Rəbbinizdən bağışlanma (istiğfar) diləyin. Həqiqətən də O, Ğaffardır – günahları çox bağışlayandır.” (Nuh, 12).

 

3. Şükür etməyə müvəffəq olan – şükür etdiyi nemətin bərəkətindən və artmasından məhrum edilməz.

Uca Allah buyurmuşdur:

“Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram.” (İbrahim, 7).

 

4. Tövbə etməyə müvəffəq olan – onun qəbul olunmasından məhrum edilməz.

Uca Allah buyurmuşdur:

“O qullarının tövbəsini qəbul edəndir.” (Şura, 42).

 

 

islamevi.az

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr