1) Günaha düşməmək, günahdan qorunmaq üçün Allaha dua etmək;

Uca Allah buyurur:

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm…” (Bəqərə, 186).

“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!)..” (Ğafir, 60).

2) Əgər bir günaha düşdünsə, həmin an o günahı tərk elə. Yəni, günahı sonra tərk edərəm demə, tövbəni sonraya saxlama;

3) O günaha bir daha qayıtmamağa söz vermək;

4) Edilən günaha görə mütləq peşman olmaq;

5) Günah etdikdə və ya etmədikdə, gündəlik ən çox əməli istiğfarla (Allahdan bağışlanma diləməklə) keçirmək;

6) Fərz olan ibadətlərə fikir vermək, onlarda səhlənkarlıq etməmək. Namazları vaxtı-vaxtında qılmaq, orucu vaxtında tutmaq və s. Əsla Tövhid (Allahı təkləşdirmək) məsələlərində səhlənkarlıq etməmək, şirkə (Allaha şərik qoşmağa) aparaq vəsilələrdən uzaq durmaq;

7) Saleh, təqvalı insanların məclislərində oturmağa həris olmaq;

8) Pis insanların məclislərindən uzaq olmaq;

9) Hər keçən gün nəfsi hesaba çəkmək, bu yolda səhlənkarlıq etməmək. Yuxarıdakı qaydaların səndə olub-olmamasına nəzarət etmək;

10) (Dini) Kitablara möhkəm sarılmaq, Quran və hədisləri (bizdən öncə yaşamış saleh/xeyirli insanların anlayışı ilə) oxumaq, orada olanlara əməl etmək üçün çalışmaq.

 

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 18.03.2016 | Oxunma sayı: 3. 936 baxış