“(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdirlər?! Digər üçüncü (büt) olan Mənat da həmçinin?!” (Nәcm, 19-20)

 

 – Lat, Mәnat vә Uzza – cahiliyyәt dövründә müşriklәrin ibadәt etdiklәri bütlәrin adlarıdır. 

 

✔ Lat – (“tә” hәrfi şәddәsiz olaraq oxunduğu zaman) Taif’dә, Sәqif qәbilәsinin ibadәt etdiklәri daşın adı idi. Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) Muğira b. Şöbә’ni göndәrәrәk o bütün yıxdırmışdı.

– “tә” hәrfi şәddәli oxunduğu zaman (Lattә) isә, hacılara su paylayan saleh bir insanın adıdır. Bu insan vәfat etdiyi zaman insanlar onun qәbri әtrafında toplaşaraq, onu (Allahı daha çox xatırlamaq niyyәti ilә) ucaltdılar vә zaman keçdikcә ona ibadәt etmәyә başladılar.

 

✔ Uzza – Mәkkә vә Taif arasında olan ‘Nәhlә’ (xurmalıq) vadisindә olan bir ağac idi. Qureyş qәbilәsi bu ağaca ibadәt edirdilәr. Allah rәsulu Mәkkәnin fәth edildiyi gün Xalid b. Valid’i göndәrәrәk onu kәsdirmişdi. Uzza – izzәt kәlmәsindәn törәmiş bir sözdür.

 

✔ Mәnat – Mәkkә vә Mәdinә arasında olmuş bir daşın adıdır. Xәzrәc qәbilәlәri bu daşı ucaldaraq ona ibadәt edirdilәr. Mәnat – ‘mәnnәn’ kәlmәsindәn törәmişdir. Bәrәkәtlәnmәk niyyәtilә hәmin daşın yanında qurbanlar kәsilәrәk qan axıdıldığı üçün “axıdılan” mәnasını ifadә edәn ‘yumnә’ kәlmәsindәn törәdiyi dә deyilmişdir. Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) fәth ilindә Әli b. Әbu Talib’i göndәrәrәk bu daşı dağıtdırmışdı..

 

Uca Allah buyurur:

  

إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا

 

“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (Nisa, 48)

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

 

 

Bizi facebook’da izlәyin: 

https://www.facebook.com/islamevi.az

Share Button
Tarix: 01.05.2015 | Oxunma sayı: 1. 709 baxış