Elm – müsəlmanların bütün dünya əhalisinə miras buraxdığı bir dəyərdir. Bu gün hər nə qədər müsəlmanların “geridə qalmış” olduqları, “elmsiz” olduqları “iddia” olunsa da, həqiqətləri bilən hər bir kəs, bunun doğru olmadığına şahiddir.

Baxın, məsələn bu gün ən mühüm mövzulardan biri aya, ulduzlara getmək deyildirmi?.. Həmin məsələ bizim Astronomiya dediyimiz elm sahəsinə aiddir.. Biz deyirik ki – Astronomiyanın qurucuları müsəlmanlardır.. Kimdir bu müsəlmanlar?.. Sizə bunlardan bir neçəsi haqqında bəhs edəcəyik: Məşhur İslam alimlərindən ƏL-BƏTTANİ adlı böyük bir Astronomiya alimi.. Əl-Bəttani kimdir?.. İçinizdən tanıyan varmı?.. Bəlkə də, bəzilərimiz sadəcə ismini eşitmişik.. Bizim alimlərimiz bizlərə -çox təəssüf ki- öyrədilməyib.. Çoxumuz Ptolomey adını eşitmişik.. Niyə?.. Çünki, bizim kitablarımızda bu ad qeyd olunur.. Əl-Bəttani`yə gəldikdə, heç adını belə zikr edən yoxdur.. Halbuki, Ptolomey hara, Əl-Bəttani hara… Onlar arasındakı fərqi açıqlamağa çalışaq: Misirli Ptolomey, günəşin olduğu nöqtədən dövr edərək əvvəlki yerinə yenidən dönməsi üçün – yəni 1 ilin tamam olması üçün, Yerin öz oxu ətrafında 260 dəfə dönməsi lazımdır – deyirdi.. Bir sözlə, bir ili 260 gün olaraq qəbul edirdi.. Əl-Bəttani, Ptolomeyin xəta etdiyini, bir ilin 365 gün, 5 saat, 46 dəqiqə, 22 saniyə olduğunu söyləyirdi.. İndi kim iddia edə bilər ki, Əl-Bəttani ilə Ptolomey arasında kiçik fərqlər var?.. Bu rəqəmin, bu günkü ən həssas ölçü cihazlarıyla edilmiş hesablarla olan fərqi – cəmi 2 dəqiqə, 24 saniyədir.. Əl-Bəttani, ilin uzunluğunu bu qədər həssas şəkildə ölçüb, ortaya qoymuşdur.. Yaxşı, bəs bir ili 260 gün zənn etmək haqqında nə deyək?.. Bəli, bu tip fərqləri başqa sahələrdə də, açıq-aydın bir şəkildə görəcəyik.. Niyə?.. Çünki, müsəlmanlar elmi əllərinə aldılar, mənimsədilər, Ptolomey isə, keçmiş dövrlərdə qalmış bir insandır..

 

(ardı var..)

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr