Sual: Qohumluq əlaqələrinin kəsilməsi haramdı. Bu ancaq müsəlman qohumlara keçərlidir, yoxsa qeyri-müsəlman və ya müşrik qohumlarla da əlaqəni kəsmək olmaz?

 

Cavab: Xeyr, bu ümumən qohumlara aiddir. Əgər onlar müsəlmandırlarsa, onların iki haqqı var: İslam haqqı və qohumluq haqqı. Təbii ki, burada qəsd yaxın qohumlardır. Məsələn, valideynlər, qardaş, bacı və s. Onlar qeyri-müsəlman da olsalar, onlarla əlaqə kəsilmir. Düzünü Allah bilir.

 

www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırıldı.

Share Button
Tarix: 18.02.2016 | Oxunma sayı: 1. 237 baxış