Sual: Belə eşitmişik: “Cümə günün mübarək olsun – demək bidətdir, çünki belə sözü nə peyğəmbər, nə də səhabələr deməyiblər”. Bu nə dərəcədə doğrudur?

 

Cavab: Dua etmək – müsəlmanın öz həyatından heç vaxt əksik etməli olmadığı bir əməldir. Uca Allah dua edənləri də, duaları qəbul etməyi də sevir. “Mübarək olsun” – Allah xeyirli-bərəkətli etsin deməkdir. Buna görə də, “cümə günün mübarək olsun” demək, “Allah bu cümə gününü sənin üçün xeyirli və bərəkətli etsin” deməkdir və bu cür dua etmək bütün dualar kimi, əlbəttə ki icazəlidir, bidət deyildir. Lakin, əgər bir insan bu cür dua etməyi, Peyğəmbərin hədislərində varid olmuş bir müstəhəb (Allah tərəfindən, ayə və ya hədislərdə savablı olduğu qeyd olunan) bir əməl kimi qəbul edərsə, Cümə namazını qılmaq kimi bir vəzifə olaraq qəbul edərsə, o zaman bidət ola bilər. Lakin, sadəcə olaraq istədiyi vaxt, müsəlman qardaşı üçün dua etmək kimi deyərsə, heç bir qadağa yoxdur, əksinə dua etmək gözəl bir əməldir. Daha doğrusunu Allah bilir.

 

www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırıldı.

Share Button
Tarix: 06.02.2016 | Oxunma sayı: 1. 921 baxış