– Bəzi kəslərin belə dediklərini çox eşitmişik: “Biz Cəhənnəmə girsək də, axırda Cənnətə düşəcəyik.. Çünki, Allaha inanırıq və müsəlmanıq.” Buna belə cavab verə bilərik:

 

– Deyərik ki – Doğrudur.
❗️Lakin, Cəhənnəm atəşi, bizim (dünyakı bildiyimiz) atəşimizdən 69 qat daha şiddətli olacağı halda Cəhənnəmdə bir anlıq belə (bu atəşə) dözə biləcəksənmi?

 

❗️Bizim (bildiyimiz dünya) atəşimiz – 70 hissənin sadəcə bir hissəsidir. Cəhənnəm atəşi, (lap fərz etsək) bizim atəşimiz kimi olsa belə, bir anlıq (orada) qalmağa dözə bilərsənmi?

 

❗️Bu ayələri heç oxudunmu?
“Alovlar saçan atəş” (92 : 14)
“Yanacağı insanlar və daşlar olan atəş” (2 : 24)

 

❗️Veyl – Cəhənnəmdə olan elə bir dərədir ki – əgər dünyadakı bütün dağlar ora daxil ediləcək olsa, (hamısı) əriyib gedər..

 

❗️Odun, qaz vəya (bunlara) bənzər bir şeyin alovu üzərinə əlini qoymağa gücün çatarmı? Bundan 69 qat daha artıq olan bir atəşə necə dözə bilərsən?
Yəni, bu sözləri deyən insan necə dözə bilər? Necə gücü çatar? Əməlləri və (xeyirə) müxalif davranışları qarşılığında uzun illər boyu qalmayacağını haradan bilir?

 

❗️Belə bir söz səbəbilə, əfv edilməməyərək, əksinə hətta cəzalandırıla bilərsən. Çünki, günahların bağışlanması – (İlahi) istəyə bağlıdır.

 

❗️İnsan bəzi böyük günahlar işləyib, sonra Allah onu bağışlaya bilər. Lakin, belə bir söz söylədiyi zaman, özünü cəzaya məruz qoyur. Yəni, belə bir sözdə Allahın əmrlərinə qarşı saymamazlıq ola bilər.

 

❗️Yoxsa, Allaha şərik qoşmayaraq Tövhid əhli bir müsəlman olacağı təqdirdə gedəcəyi yerin Cənnət olacağına dair söz – heç kimin şübhə etməyəcəyi bir xüsusdur. Dəlil olaraq göstərilən bu təvillə (mənanı yalnış anlamaqla) birlikdə haramlar edər, (beləliklə) Tövhid qəlbindən yavaş-yavaş silinər və ən sonda da Tövhidin qəlbindən tamamilə çıxması ilə cəzalandırılar. Allahdan sabitlik diləyirik!

 

❗️Həqiqətən də bu sözdə nəzəri baxımdan problem vardır. Bəs praktiki baxımdan Cəhənnəmə səbr edə bilərmi?
Qızğın bir çöl istiliyinə səbr edə bilərmi? Yay günlərinin birində təcrübədən keçir.. Gün batdıqdan sonra ayaqqabısız vəziyyətdə axşam namazına gedə bilərsənmi? Hələ Zöhr və ya Əsr namazları vaxtlarında olan qızmar havanı demirik..

 

❗️40-50 C dərəcəyə dözə bilirsən, yoxsa yox? Əbu Talibin cəhənnəmdə atəşdən iki ayaqqabısı olacaq və buna görə beyni qaynayacaq.. Peyğəmbərin əmisi idi, lakin İslamı qəbul etməməsi, onu belə qurtarmadı..
Sən də sınaqdan keçir..
Qızğın çöl istisini sınaqdan keçir və gör..

 

❗️Halbuki Allah, səni ibadət edərək, xeyirxah, əxlaqlı bir həyat sürərək cənnətə çağırır. Əbədi həyat olan Cənnəti arzulamalı olduğun halda, özünü cəhənnəmə layiq görmə..
Dr. Abdulkərim Xudeyr’in sözlərindən istifadə olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 19.12.2015 | Oxunma sayı: 1. 853 baxış