“Hәdis Quran’a uyğundursa, götürürük, uyğun deyilsә rәdd edirik..”

Sünnәt inkarçılarının qeyd etdiklәri “şübhәlәrdәn” biri dә budur. Bu sözә bir neçә yöndәn yanaşmaq olar:

1. “Bu hәdis, Qurana uyğundur” vә ya “bu hәdis Qurana uyğun deyil” meyarını kim vә necә tәyin edir? Ortaq bir nöqtә olmadığına görә, demәli hәr müstәqil mәntiq sahibi, “bu, uyğundur, o isә ziddir” deyә rahatlıqda “hökm” verә bilәr. Günümüzdә sünnәt inkarçılarının bәzilәrinin filan hәdisi qәbul edib, bәzilәrinin isә rәdd etdiyini çox rahatlıqla görә bilirik. Mәntiqli, modernist kimi sәslәnәn, әslindә isә xaosa yol açan bu fikirlәri tәbliğ edәn insanlar, sabah hәr hansı bir sıravi insanın “Allah Quranda, sәcdә edәrkәn başınızı yerә yapışdırın demir, bu – Qurana ziddir, Allah deyir ki, boyun әyin, mәn dә boynumu әyirәm Allah qarşısında” kimi sözlәrinә necә bir “mәntiqlә” cavab verәcәk? Ortada -avropada vә ya okeanın o tayında oturmuş ideoloji rәhbәrlәrinin necә gәldi tәrtib etdiklәri qısa yazıları copy-paste etmәkdәn başqa- nә vahid bir üsul-qayda metodları haqda bәhs edәn elmi әsәrlәri var, nә dә ortaq bir “hәdislәri ayırd etmә meyarları”.. İnsanların әn çox aldandıqları isә, bu insanları müasir, modern, çağdaş, “әlindә yeni iphone”, kostyum-qalstuklu görmәlәridir. Lakin, unutmaq lazım deyil ki, bu keyfiyyәtlәri, reform düşüncәli bir buddist dә özündә çoox rahatlıqla cәm edә bilәr :) Bәzi sünnәt inkarçılarının “iddialarına” qadınların әn böyük dәstәyi vermәsi dә, bu “iddiaların” hәmin insanlara çox sәrf etdiyinә (mәsәlәn: hicabı xurafat adlandırmaq) görә olması da, heç kimi tәәccüblәndirmәsin..

2. Bu insanlar nәyә әsasәn filan hәdisi qәbul edir, filan hәdisi isә müxtәlif nәsillәrin uydurmaları hesab edirlәr? “Peyğәmbәr içki içәn insana tәzyiq olunmasını yasaqladı” mәnasında olan hәdisi dә, İsa peyğәmbәrin gәlәcәyi ilә bağlı olan hәdisi dә nәql edәnlәr, eyni ravilәr, eyni hәdis alimlәri, bir sözlә desәk – ağız büzdüyünüz Buxarilәr, Muslimlәr, Әbu Davudlar deyillәrmi? Hәqiqәtәn dә ravilәrlә bağlı rical elmi, sәnәdin muttasıl olması, şazlıq vә s . kimi, bәlkә dә bu insanların indiyә qәdәr eşitmәdiyi mәsәlәlәr haqqında bәhs olunan hәdis elmi haqda, cüzi dә olsa mәlumatlı olsaydılar vә bu “cüzi” mәlumatlarla bu cür “qәnaәtlәrә”, “modernist düşüncәlәrә” gәlib çıxmış olsaydılar, dәrd yarı olar vә adamlara “0,0001” xal vermәk olardı :) Lakin, okeanın o tayında oturmuş insanların dediklәrini “copy-paste” edәrәk, özlәrini “modern düşüncәli xilaskar savadlı müsәlman” kimi tәqdim edәnlәr, hәdis elminin ‘e’-sindәn belә xәbәrsiz olmaları bir yana qalsın, әrәb dilini belә bilmәdәn Quranın tәrcümәsindә dә “quş” tutanda, insan bilmir ağlasın, yoxsa gülsün..

3. Sәhih hәdislәr, heç zaman Qurana zidd ola bilmәz. Bәli, İslam tarixindә uydurulmuş hәdislәr dә olmuşdur. Lakin biz, Allahın Quranı qoruduğu kimi, Peyğәmbәrinin uydurmalardan tәmizlәnmiş hәdislәrdәn ibarәt olan Sünnәtini dә qoruduğuna iman edirik. Bununla yanaşı biz bilirik ki, sünnәt inkarçılarının dәrdi – İslamı xurafatlardan tәmizlәmәk deyil, Sünnәnin vәhy olmadığının tәbliğ olunmasıdır. Sual: sünnәt ortadan qalxdıqda nә olur? Cavab: әn böyük hәdәf gerçәklәşmiş olur – Sünnәt ortadan qalxdığına görә, artıq din tüccarları Quranı öz “ağılları ilә” yozaraq, “bu olar, bu isә olmaz” deyәcәklәr. Bәli, bu gün, insanların dini savadsızlığından istifadә edәn vә uydurma hәdislәri “din” olaraq tәqdim edәrәk camaatı aldadan qruplar da mövcuddur, lakin o qruplar, elmi müstәvidә – hәdis vә fiqh elmlәri qarşısında aciz olduqları üçün, onların yalançı vә xurafatçı olduqlarını isbat etmәk çox asandır. Hәdis inkarçıları nә qәdәr “müasir” görünmәyә çalışsalar da, әslindә hәmin qruplardan nәticә olaraq bir fәrqlәri yoxdur, hәtta bütün İslam tarixindә heç bir İslam mütәfәkkirinin irәli sürmәdiyi dini “iddiaları” irәli sürәrәk, daha da hәddi aşmış bir yolun yolçuları olmuşlar.

Hәmin şәxslәr “filan mәsәlә bizim ağlımıza ziddir” desәydi, daha “doğru” olardı vә әn azından sәmimi insan olaraq qәbul olunardı. İnsan, Allahın dinini öz mәntiqinә hәvalә etsә, minlәrlә fikir, mәzhәb ortaya çıxmış olar vә hәtta dindәn, özlәrinin belә qәbul etdiklәri әhkamları, öz yaxınları, dostları “mәntiqinә uymadığı üçün” inkar edә bilәr. “Rukudan qalxarkәn niyә ‘sәmiallahu limәn hәmidәh’ deyilir?”, “niyә ruku bir, sәcdә isә iki dәfә edilir?” – kimi, “bunların hansı Quranda açıq şәkildә yazılıb?” – deyә suallarmı verәk, yoxsa sizlәri böyük İslam alimi İmam Şafinin aşağıdakı sözlәrilә baş-başa buraxaq?
“Allahın elçisinin hökm etdiyi hәr bir şey, Onun Quran’dan anladıqlarındandır”. (әr-Risalә, 85)

4. Ümumiyyәtlә ilk başda qeyd etdiyimiz vә ya onların qeyd etdiklәri bu “teorem” hardan çıxıb ortaya? Bu da öz “mәntiqlәrinin” mәhsuludur? Әgәr elәdirsә, bu “mәntiqlәrә” qarnımız toxdur.. Yoxsa bu da әslindә bir hәdisdir? :) Bir sirri dә açaq ki, әslindә öz mәntiqlәri kimi camaata sırıdıqları bu söz özü dә hәdisdir :) Demәli, bunların gәtirdiklәri söz, әslindә belә olmalıdır: “Sәrf edirsә, hәdis qәbuldur, yox sәrf etmirsә Muaviyyәnin mәhlә uşaqlarının uydurmalarıdır” :) Mәsәlәyә toxunacaq olsaq, hәdis әslindә Böyük İslam alimi Yәhya b. Mәin’in dediyi kimi “zındıqların uydurmasıdır”. Hәdis elmindәn anlayışları olsaydı ‘bu hәdis mәchul, kimliyi bilinmәyәn şәxsdәn, sәnәdi qopuq şәkildә rәvayәt olunmuşdur’ şәklindә onlara izah verәr vә belәcә ‘hәdisin sәhihliyi üçün şәrt – Әmәvilәr meyarı deyil, sәnәd, ravi kimi hәdis elminә aid olan mәsәlәlәrdir’ deyә başa salmağa çalışardıq.. Qısaca olaraq bu hәdisi uydurma hesab edәn mәşhur İslam alimlәrini dә qeyd edәk ki, kimsәnin ürәyindә “xal” qalmasın: İmam Şafi, İmam Әhmәd, İmam Malik, İbn Hәzm, İbn әl-Qayyim, İbn Teymiyyә, İmam Suyuti, Qurtubi, İbn Covzi, Şovkani, Aliyyu’l-Qari vә s.

(ardı var)

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr