Bəzi günlər bəzi əməllər vardır ki, biz onu etməliyik. Çünki biz yaşadığımız və ötürdüyümüz günlərin, etdiyimiz əməllərin nə olduğunu, necə olduğunu dərk edə bilmirik. Bütün bunları bizə Allah təala Öz Kitabında və həmçnin Öz Rəsulu ilə xəbər vermişdr. Bu günlərdən bir neçəsi də Şəvval ayında altı gün və əməllərdən isə həmin günlər oruc tutmaqdır. Əyyubdan rəvayət olunur ki, Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Kim Ramazan ayını oruc tutarsa (Ramazan orucunu tutarsa), bunun ardınca isə Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi olar” (Müslim, Tirmizi, Əbu Davud).

Kim Ramazan ayı orucu tamamladıqdan sonra Şəvval ayından 6 gün oruc tutarsa sanki bir il oruc tutmuş kmi savab qazanar. Bu sözü deyən şəxs özü doğru olan, doğruluğu təsdiqlənən Allahın Rəsuludur (ona və ailəsinə salam olsun). Bu sözə əməl olunsa nəticəsi Allahın lütfü ilə yaxşı olar. Çünki hər bir yaxşı əməl insanı özündən daha yaxşı bir əmələ yönəldər. Ramazanın ilk vaxtlarında oruca başlayanda həqiqətən də bəzi insanlarda çətinlik olur, əziyyət olur. Bəzi şəxslərdə elə hallar baş verir ki, orucunu açmaq, orucunu pozmaq fikrinə düşür. Lakin bir neçə gün bu çətnliyə səbr etdikdən sonra artıq oruclu olduğu günlər onun üçün xoş gəlməyə başlayır. Oruclu iftarı açanda bütün nemətlərin dadını və ləzzətini hiss edir. Adicə inanın ki, havanın, oturmağının, durmağının belə Allahdan onun üçün bir nemət olduğunu dərk edir. Bu Allahın lütfüdür, istədiyinə bəxş edir. Amma bu lütfü əldə etmək üçün gecə-gündüz Allaha çox dua etməli, dində sabit qalmaq üçün yaxşı əməllərinin sayını çoxaltmalıdır. Çünki nəfs insana yaxşı əməllər işlətməyə çox mane olur. Ancaq həmin əməli işlətdkdən sonra çəkdiyin dadın və ləzzətin yerini heç nə verə blməz. Hələ bu dünya həyatında müşahdə olunan əlamətlərdir. Təsəvvür edin ki, bütün bu yaxşılıqların sevinci və mükafatı bizə necə verləcək. Hələ bu bizə məlum deyil. Ona görə də Allahın Rəsulu (ona və ailəsinə salam olsun) buyurmuşdur: “Əgər insanlar camaat namazına gəlməyin və birinci səfin nə qədər böyük bir şey olduğunu bilsəydilər sürünə-sürünə də olsa camaat namazına gələrdlər”. Buna oxşar hədislər çoxdur. Ona görə də oruc məsələsində də Allahın Rəsuluna tabe olub, tənbəlliyin daşını ataraq Şəvval ayından 6 gün oruc tutmalıyıq. Allah təala bu işdə bizə kömək olsun və bizim əməllərimizin mükafatını xeyirlə bizə bəxş etsin. Amin!

Nüeym ibn Həmmad rəvayət edib deyir ki, bizə Əbdüləziz ibn Məhəmməd rəvayət edib dedi ki, bizə Səvfan və Səd ibn Səid Ömər bin Sabitdən O da Əbu Əyyubdan Peyğəmbər (ona və ailəsinə salam olsun) belə dediyini rəvayət etdi: “Kim Ramazan orucunu tutar və buna Şəvval ayından altı gün də əlavə edərsə bu bütün ili oruc tutmuş kimi olar”. Ramazan ayını tam oruc tutub qurtardıqdan sonra altı gündə Şəvval ayından oruc tutan sanki bir il oruc tutmuş kimi sayılar.
Bizə Yəhya bin Həssan rəvayət edib dedi ki, bizə Yəhya bin Həmzə rəvayət edib dedi ki, bizə Yəhya bin Haris əz-Zəmari Əbu Əsma ər-Rəhabidən O da Səvbandan belə rəvayət edir ki, Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “On aya müqabil bir ay, onlardan sonra da iki aya müqabil altı gün oruc tutmaq ili bütöv olaraq oruc tutmaq kimidir” (Sünəni Darimi). Yəni on ay oruc tutmuş kimi savab qazanmaq Ramazan ayını tutmaqla, altmış gün oruc tutmaq da Şəvvaldan altı gün tutmaqla yerinə yetirilir. Bunlar da brlikdə 360 gün edir ki, bu da bir ilə bərabərdir. Alimlər aşağıdakı ayəni bu məsələyə dəlil gətirirlər. Allah təala Qurani Kərimdə buyurur: “Kim Qiyamət günü yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”. Şəriət alimləri bu ayəni dəlil gətrərək bildirirlər ki, Ramazan ayında tutulan oruc on ay oruc tutmaq kimi, Şəvvaldan 6 gün də on qat mükafatla 60 gün oruc tutmaq kimi sayılır.
İbn əl-Mübarək belə deyir: “Hər aydan üç gün oruc tutmaq gözəl bir orucdur. Bəzi hədislərdə bu orucun (Şəvval ayından 6 günün orucu) Ramazan ayına əlavə ediləcəyini və bu ayın (yəni Şəvval ayının) ilk günlərində tutulmasını məqsədəuyğun hesab etsələr də Şəvval ayının sonuna qədər, son gününə qədər də tutulmasını məqsədə uyğun hesab etmişlər. Həsən Bəsridən Şəvval ayında altı gün oruc tutmaq haqqında soruşmuşlar. Həsən əl-Bəsri Şəvval orucu haqqında belə demişdir: “Bu ayda tutulan orucla, Allah təala bütün ili oruclu keçirmiş kimi razı olmuşdur”. Yəni kim bu ayda ramazan ayını tutduqdan sonra altı gün oruc tutarsa Allah təala bu əməldən bir il oruc tutmaq kimi razı olmuşdur. Allah təala bizi də razı olduğu qullarının cərgəsinə qatsın. Amin! Ən doğrunu bilən Allahdır.

————-
Əkrəm Həsənov

Share Button
Tarix: 08.08.2013 | Oxunma sayı: 2. 799 baxış