Abdulla ibn Məsud (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Üç xüsusiyyətə malik müsəlmanın qəlbində kin olmaz: Əməli Allah üçün ixlasla etmək, müsəlman başçılara nəsihət etmək (və ya onlarla səmimi davranmaq) və müsəlman camaatla birlikdə olmaq. Həqiqətən də dua onlara arxa olar”. Tirmizi, Şafii və başqaları rəvayət etmişlər.

(Tirmizi: Elm ? 2658. Əlbani bu hədisin səhih olduğunu bildirmişdir.)

ŞƏRH

Şeyx Şəmsəddin ibn Qeyyim demişdir: “Yəni, qəlbində kin qalmaz. Onun qəlbi bu üçü ilə birgə kin daşımaz. Onlar qəlbi kindən təmizləyər, onu çıxararlar və uzaqlaşdırar. Şübhəsiz ki, qəlb Allaha şərik qoşulmasına daha çox kin bəsləyir. O, həmçinin aldatmağa, bidət və zəlaləti dəstəkləməklə müsəlman camaatından çıxmağa da kin bəsləyir. Bu üç xüsusiyyət onu nifrət və nöqsanla doldurur. Bu kinin əlacına və onun köklərinin çıxarılmasına gəlincə, buna yalnız ixlas, səmimiyyət və sünnəyə əsaslanmaqla nail olmaq olar.” İbn Qeyyimin sözləri burada bitdi.
Yəni, bütün əməllərini ixlasla yerinə yetirən, hər bir işdə Allahın qullarına nəsihət verən müsəlman camaatını dəstəkləyən və ona müxalif olmayan şəxsin qəlbi saf və təmiz olar. O, Allahın dostuna çevrilər. Kim də bunun əksinə olarsa, onun qəlbi hər növ nöqsanlarla və şərlə dolar. Allah daha doğrusunu bilir.

—————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 05.06.2013 | Oxunma sayı: 621 baxış