featured-image-3711

Təklif edirəm ki, bizdə, vətənimizdə siqaretin üzərinə “Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur” sözü “Siqaret öldürür” sözü ilə əvəz olunsun. Belə olduqda istər-istəməz mən siqareti alanda məndə qorxu yaranacaq. Əlimi siqaretə uzadanda əlimə deyəcəm onu alma. Dodaqlarım arasına siqareti qoyanda dodaqlarıma deyəcəm onu tutma. Malımı ona xərcləyəndə özüm-özümlə sorğu-sual aparacam. Dayan! Təhlükəlidir! Siqaret öldürür.

Bu mövzu bu gün müzakirə olunur. Ancaq bununla bağlı ciddi islahatlar aparılmır. Axı siqaret çox az şəxslərin cibinə pul aparanda çox şəxslərin cibindən pulunu, sağlamlığını, həyatının yarısını aparır. İnsanları suallar çox düşündürür. Necə olur ki, axı onda uzun ömürlü insanlardan da siqaret çəkənlər olur. Əgər siqaret ömürü azaldırsa bəs nə üçün bu uzun ömürlü şəxslər ömrü boyu siqaret çəkiblər, ömürləri azalmayıb. Bu suallar insanları rahatlaşdırır. Rahat olmamaq üçün siqaret qutularına “Siqaret öldürür” yazılmalıdır.
Təəssüf edirik ki, bu gün biz müsəlmanlar bir çox xəstəliyə tutulmuş və pis adətlər əldə etmişik. Səhih İslam əqidəsindən uzaqlaşmaqla baş verən zəiflik, haramların mübahlar kimi yayılması bizi əhatə edib. Nə qədər çalışırıq özümüzü düzəldə bilmirik. Əllərimizlə özümüzü təhlükəyə atırıq.
Bu təhlükələrdən biri, bəlkə də ən əhəmiyyətlisi ümumiyyətlə dünyamızı, cəmiyyətimizi, xüsusi ilə də gəncliyimizi təhdid edən narkotika, içki və siqaret asılılığıdır.

Təxminən 1492-ci ildə bəzi dənizçilərin Amerikanı kəşf etmələriylə əldə etdikləri tütünün, İslam torpaqlarında ilk dəfə yayılması hicrətin onuncu əsrinin sonlarına təsadüf edir. Siqaretin ilk idxalçıları da Xristianlar olmuşdur.
Siqaretin tərkibində ən az 250 xərçəng əmələ gətirən 4000 zəhərli maddə vardır. Bunlardan Karbon monoksit (rəngsiz, iysiz, dadsız zəhərləyici qaz), Arsenik (siçan zəhəri), Hidrogen siyanür (qaz otaqları zəhəri), DDT (böcək öldürücü zəhər), Metanol (mərmi yanacağı), Radon (radiasiya), Toluen (tiner), Kadmiyum (ağı metalı), Bütan (balon qaz), Aseton (lak həll edici), Naftalin (güvə qovucu), Amonyak (tualet təmizləyici) və s. kimi zəhərlərdir.
Bilinən bir həqiqətdir ki qoyun, keçi, inək, öküz, uzunqulaq, camış, dovşan kimi ev heyvanları, bu qədər zəhəri içində saxlayan tütün yarpaqlarını yemirlər.
Bədənə; xərçəng, ağız, dodaq, dil və boğaz xəstəlikləri, həzm, tənəffüs və sinir sistemi narahatlıqları, ürək və damar xəstəlikləri, sidik yolları və tenasül orqanlarına mənfi təsiri kimi bir çox zərərləri vardır.
Dəyişik xəstəliklərə səbəb olması ilə bərabər iqtisadi zərərləri də çoxdur. Yanğınlara səbəb olmaqla bərabər ətraf mühitə və ümmətin, cəmiyyətin zərərinə olan bir çox müsibətlərə yol açmaqdadır.
Bir nəfəs siqaret, təxminən 50000 beyin hüceyrəsinin ölməsinə səbəb olur. Siqaret səbəbindən bütün dünyada hər il təxminən 5000000, Türkiyədə 100000-dan çox insan həyatını itirməkdədir. Hazırda təxmini hesablamalara görə, hər gün 2 nəfər siqaret çəkənin ağciyər, ağız nahiyəsi vərəminə tutulduğu, 1 nəfərin də “tüstü”dən öldüyü məlumdur. Azərbaycanda 3 milyona yaxın siqaret çəkən olduğu təxmin edilir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

İslam dininə görə bu məsələyə yanaşdıqda deyə bilərik ki, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) vaxtında siqaret yox idi. Buna baxmayaraq islam dinində Qiyamətə qədər hər zamana və məkana xitab edəcək bir ¬çox məsələləri əhatə edən prinsiplər vardır. Bu prinsiplər və qaydalar çərçivəsində xarici müdaxilələrə qarşı sanki bir qala mövqeyində olan böyük fiqh alimlərimiz, zamanla gündəmə gələn və inkişaf edən hadisələri incə¬ləyərək müsəlmanları maarifləndirməklə müsəlman ümmətinin fəlakətə düşməsinə – Allahın izni ilə – mane olmuşlar. Siqaret çəkməyin qadağan olunmasında etibarlı olan məhz bu prinsiplərdir. Bəzi dəlilləri qeyd edərək alimlərin “siqaretin haramlığı” barəsində olan qiymətli təsbitlərini açıqlayacağıq.

Əvvəlcə siqaretin haram olmasına aid dəlil olan Allahın bizə nazil etdiyi Quran ayələri və daha sonra Rəsulullah səllallahu aleyhi və səlləmin hədislərində bizə xəbərdarlıq etdiyi məsələləri, əvvəlcə siqaret çəkənlərə, daha sonra da özümüzə və bütün müsəlmanlara çatdıraq ki, bu xəstəlikdən təcili xilas ola bilək!

1. “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər)” (əl-Əraf (Sədd) surəsi, 157).
Ağılı sağlam olan heç bir insan, siqaretin “təmiz və gözəl” şeylər əhatəsinə girib girmədiyində şüb¬hə etməz. Siqaretin – ayədəki ifadəylə – “xəbis, pis, murdar” şeylər sinifindən olmasında şübhə yoxdur. Çünki “xəbis, pis”in lüğət mənasının, “dad və ya iy”inin “diksinmə verdiyi şey” mənasında olduğu bilinir. Bu da siqaretin xüsusiyyətlərindəndir. İstər alimlər, istərsə də həkimlər, siqaretin “xəbis, pis, murdar” şeylər sinifinə daxil olmasında eyni fikirdədirlər.

2. “Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni—İsrail (İsrail oğulları) surəsi, 26-27).
3. “…lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (əl-Ənam (Davar) surəsi, 141).
4. “Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin” (ən-Nisa (Qadınlar) surəsi, 5).
Ayələrdə zikr olunan “ağılsızlar” sözü, “malından istifadə zamanı qənaət etməyənlər” üçün istifadə olunmuşdur.
Rəsulullah səllallahu aleyhi və səlləm də “Boş ye¬rə söz danışmaq, (lazımsız) çox sual soruşmaq və malı məhv etmək sizə məkruh edildi” (Buxari, Müslim) buyurmuşdur. Bir şeyin məkruh olması halaldan çox, harama yaxın olmasıdır.

5. Siqaretin, malın itməsinə səbəb olduğuna şübhə olmadığı kimi o, “(O qida onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar” (əl-Ğaşiyə (Bürüyən) surəsi, 7) ayəsindəki təbirə də çox uyğun gəlir.
6. “Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir” (əl-Bəqərə (İnək) surəsi, 195). Siqaretin xərçəng kimi öldürücü xəstəliklərə səbəb olduğu tibbən isbat edilmişdir.
7. “…və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (ən-Nisa (Qadınlar) surəsi, 29). Bu ayənin təfsirində İbn Kəsir (Allah ona rəhmət etsin): “Allahın haramlarını işləmək və Onun günah saydıqlarını etməklə özünüzü öldürməyin” deməkdədir. Siqaretdən asılı olan bir şəxs, özünü yox edə¬cək səbəblərə sarılmaqda və özünü bir çox xəstəliyə hədəf etməkdədir. Alimlər; zəhər, torpaq, şüşə, daş və buna bənzər maddələrin yeyilməsinin haram ol¬duğunu ifadə etmişlər. Çünki bunlar sağlamlığa zərər verməkdədir.
8. Rəsulullah səllallahu aleyhi və səlləm, “Hər kim zə¬hər içib özünü öldürsə cəhənnəm atəşində əbədi olaraq o zəhəri içəcəkdir” (Buxari, Müs¬lim) buyurmuştur. Siqaret, yavaş reallaşan bir intihardır. Öldükdən sonra, ölüm səbəbinin siqaret olduğu aydın olan bir kimsə intihar etmiş sayılar (Al¬lah qorusun). -İstər doğru istər bilvasitə yollardan, sürətli və ya yavaş- adamın, ölümünə səbəb olması ha¬ramdır. Nəticə birdir; siqaret asılılığı olan birinin özünü ölümə sürükləməsində də hər hansısa bir şübhə yoxdur. Siqaretin, adamı ölümə aparmadığını fərz etsək belə heç olmasa onu, güc və qüvvətdən düşürə¬cək dərəcədə müxtəlif yoluxucu xəstəliklərə mübtəla etməsini dəqiq bilməliyik!
9. “Rəsulullah səllallahu aleyhi və səlləm, bütün uyuştu¬rucu və boşaldıcı maddələri qadağan etdi” (Əhməd, Əbu Davud). Hədisdə keçən “boşaldıcı” sözü, “bədəndə boşalma, üzvlərdə keyləşmə meydana gətirən maddə” mənasındadır. Narkamanların belə təsirlənmmə¬si, əsl etibarı ilə haramlığına xələl gətirməz. Yəni narkamanlarda boşalma və keyləşmə olmaması siqaretin haramlığını azaltmır. Bundan başqa siqareti, içki ilə də müqayisə edən alimlər olmuşdur. “Ço¬xu sərxoşluq verən şeyin azı da haramdır” deyərək siqaretin haramlığına bunu da dəlil gətirmişlər. İçkiyə yeni başlayan birinin sərxoş olması üçün bir neçə damla bəs edərkən spirtli birinin bəzən bir qədəh dolusu içkidən təsirlənmədiyi müşahidə olunmuşdur. Siqaret də eyni şəkildə xüsusi ilə yeni başlayanlar, bir dövrə ara verdikdən sonra təkrar başlayanlar və yeməkdən sonra çəkənlər üçün sinirləri boşaldan, narkotik bir xüsusiyyətə malikdir.
10. “Dində zərər vurmaq və zərərə zərərlə cavab vermək yoxdur” (Müslim). Siqaret, hər cəhətdən zərərlidir; həm çəkənə, həm də ətrafındakılara zərəri toxunur. “…hər ikisinin də (içki və qumar) günahı fay¬dasından daha böyükdür” (Bəqərə, 219). Siqaretin bəzi faydalı tərəfləri olduğunu fərz etsək belə, nəzərdə tutulan faydanın əksinə olaraq reallaşan zaərərləri müqayisə edib hansının daha böyük olduğuna baxmağımız lazımdır. Ancaq həqiqətə qarşı gözlərini bağlayan, həqiqəti axtarmayan və nəfsinin əsiri olan bir insan, siqaretin haram olmasında şübhə edər. Amma əhəmiyyətli olan insanın nəyə inandığı deyil, həqiqətin nə olduğudur.
11. Rəsulullah səllallahu aleyhi və səlləm buyurub: “Kim sarımsaq və ya soğan yeyərsə bizə və məscidimizə uzaq dayanıb evində otursun” (Müslim). Siqaret, diksin¬dirmə, iyrəndirmə və narahat etmədə soğan və sarımsaqdan da¬ha pisdir və ya heç olmasa onlardan geri qalan bir tərəfi də yoxdur. Məsələn, Cümə və camaat namazlarında gözəl ətir sürtmənin sünnət olduğu və siqaretin də bu sünnəyə zidd olduğu bir həqiqətdir.
12. “Yaxşı dostla pis dostun misalı, müşk daşı¬yan biriylə köz üfürən birinə bənzəyər” (Buxari, Müs¬lim). Yəni siqaret çəkən pis yoldaş sinifinə girər, çünki sənə atəş, tüstü və zəhər üfürməkdədir.
13. “Müsəlman, müsəlmanların əlindən və dilin¬dən salamat olduğu kimsədir” (Buxari). Görəsən müsəlman¬lar siqaret çəkən birinin zərərindən salamatçılıqda olarlarmı?
14. “Allaha və axirət gününə inanan biri qonşu¬suna əziyyət verməsin” (Buxari). Siqaret asılığı olan, siqaret çəkməklə bərabər, dostlarına, övladlarına, qonşusuna bir sözlə bütün cəmiyyətə əziyyət verməkdədir. Bundan başqa siqaret çəkən adam əgər məscid camaatındandırsa müsəlmanlara və mələklərə də əziyyət verir. İnsanlara verdikləri əziyyətlər səbəbilə siqaret çəkənlər, qul haqqına girməkdə, açıq-aşkar günah işləməkdədirlər.
15. “Günahları açıq-aşkar işləyənlər xaric bütün ümmeətim bağışlanacaq” (Buxari, Müslim) Buna görə də siqaret, bağışlanmayacaq olan açıq üsyanlardan biri ola bilər.
16. “Bir qövmə bənzəyən onlardandır” (Əbu Davud). Siqaret, müstəmləkəçilərin özlərindən sonra geridə qoyduqları vərdişlərdəndir. Bu mənada siqaret çəkmək ruhi bir çöküntünün ifadəsi olub kafirlərə bənzəməyin bir göstəricisidir. Çünki, bu xəstəliyi, İslam torpaqlarına gətirib xüsusilə gənclər arasında yayanlar müstəmləkəçilərdən başqası deyildir. Eyni zamanda si¬qaret, ağız və burunlarından tüstü çıxaran cəhən¬nəm əhlinin vəziyyətini də xatırladır.
17. “Qiyamət günü adam, dörd şeydən: Ömürünü haralarda keçirməsindən, bədənini nə uğrunda çürütməsindən, malını haradan qazanıb haraya xərcləməsindən və elmi ilə əməl edib etməməsindən soruşulmadıqca yerindən tərpənməz” (Tirmizi). Ömürünü siqaret çəkməklə keçirən, haram olduğunu bildiyi halda çəkməkdə israr edən, malını faydasız yerə xərcləyən, bədəninə zərər verən, malını siqaret ticarətindən qazanan və şeytanın pencərələrindən biri olan siqaret sayəsində vücu¬dunu istədiyi kimi oynaması və gəzməsi üçün şey¬tana açan bir siqaret asılısı görəsən qiyamət gü¬nü nə cavab verə bilər!?.
Ey ağıl sahibi olan Müsəlman qardaşım!
Siqaret, adamı Allaha zikr və ibadət etmək¬dən, xüsusi ilə də oruc ibadətindən saxlayır. Oruc, siqaret mübtəlalarına olduqca ağır gələn bir ibadətdir. Siqaret mübtəlası olanlar məsciddə etikafa girməkdən, uzun uzadı Quran oxu¬maqdan, zikr (Quran) məclisləri və dərslərdə olmaqdan və namaza erkəndən hazır olmaqdan xoşlanmazlar. Onların hamısı camaat namazlarına gəlməz, gəl¬diklərində də siqareti, (ancaq) məscidin qapısında qüvvətli bir nəfəs aldıqdan sonra ataraq içəri girərlər. Halbuki sünnənin gərəyi olaraq bir camaata girərkən ətirlənmək lazımlıdır.
Şəriətin əsas qaydaları, siqareti haram edir.
Minlərlə hökmü əhatə edən əsas qaydala¬ra bəzi nümunələr verək:
¬- Zərər vermək də, zərərə zərərlə qarşılıq vermək də yoxdur.
– Faydalı şeylərdə əsl olan ibaha (mübahlıq), zərərli şeylərdə əsl olan da təhrimdir (haramlıqdır).
– Zərərləri aradan qaldırmaq, fayda və qazanc təmin etməkdən daha əvvəl gəlir.
– Bir mövzuda haramla halal bərabər olsa ha¬ram qalib gəlir.
– İslam, insan həyatının ən əhəmiyyətli beş dəyərini qorumağı prioritet hədəf olaraq təyin etmiş və bunlara yönələn bütün təhdid və təhlükələri önləmək üçün hökmlər qoymuşdur. Bu beş dəyər; can, din, mal, ağıl və nəsildir.
Siqaret; xəstəliklərə və ölümə səbəb olduğundan “can”ı qoruma qanununa zidddir. Siqaretə verilən pul tamamilə israf olduğundan “mal”ı qoruma qanununa zidddir. Siqaret çəkən ana və ataların, uşaqlarına ciddi zərərlər verdiyindən ötəri “nəsilin” qorunması qanununa zidddir. Siqaretin bütün bu zərərlərinə baxmayaraq onu israrla çəkmək “ağılın” qorunması qanununa zidddir. Dinin əvvəlcə qorumağı hədəflədiyi dəyərləri arxa plana atdığından, “din”in qorunması qanununa da zidddir.
Yuxarıda zikr olunan heç bir dəlilin etibarlı olmadığını fərz etsək belə siqaretin, heç olmasa çəkinməklə əmr olunduğumuz şübhəli məsələlər əhatəsinə girdi¬ğini deyə bilərik. Buxari və Müslimin rəvayət etdiyi hədisdə Rəsulullah səllallahu aleyhi və səlləm: “Halal da haram da açıqdır. Bu ikisinin arasında in-sanların çoxunun bilmədiyi şübhəli, qarışıq məsələlər vardır. Hər kim bu şübhəli məsələlərdən çəkinsə şübhəsiz ki, dinini və ismətini qorumuş olar. Hər kim bu şübhəli sahəyə düşsə harama girmiş olar” buyurmuşdur.
Bilməliyik ki halal, təmiz və faydalı olan şeylər; haram, murdar, pis, xəbis və zərərli olan şeylərdir.
Bütün bu dəlilləri diqqətə almayanlar – nəfsləri haqqında – Allahdan qorxmalı və tez-gec tövbə etmə¬lidirlər. Şübhəsiz ki, Allah, tövbələri qəbul edən və rəh¬məti çox olandır.
Bilinməsi lazım olan bir başqa xüsusiyyət də budur: Si¬qaret, ilk çıxdığı zamanlar alimlərin bir qismi bu¬nun mahiyyətindən xəbərsiz idi. Siqaretin narkotikmi, boşaldıcımı (rahatlıq vericimi) olduğunu, sağlamlığa zə¬rər verib-vermədiyini qəti məlumatlarla bilmirdilər. Bu səbəblə siqaretin, haram və ya təhrimən məkruh olduğu şəklində alimlər arasında fikir ayrılıqları meydana gəlmişdir. Bəziləri, təsirlənənlərə haram, təsirlənməyənlərə mübah olduğunu söyləmişlər. Bura¬sı şübhə olmayan bir xüsusdur ki, siqaretin məkruh olduğunu söyləyən köhnə alimlər — ki, onlar azdırlar -, siqaretin bu gün or¬taya çıxan həqiqətini bilsəydilər, haramlığı mövzusunda əsla tərəddüd etməzdilər. Çünki, onlar dinin ümumi prinsiplərini və şəri qaydaları çox yaxşı bilirdilər.
Bunlardan sonra yenə də siqaretin ha¬ramlığına qərara gəlməyənlərə bunları soruşmaq lazımdır: Siqaret haram deyilsə niyə onu məscidlərdə, mübarək məkanlarda çəkmirlər!? Normal bir qidadırsa niyə hər yerdə rahatlıqla çəkə bilməzlər?! Niyə uşaqlar çəkəndə hirslənər, böyüklər çəkəndə susarlar. Gözəl bir şeydirsə uşaqların günahı nədir ki, onları məhrum edirlər?! Görəsən niyə Allahın təmiz nemətlərində olduğu kimi siqaretə də bismilləh deyərək başlayıb həmd və şükürlə bitirmirlər?! Allah təalanın bir neməti qismət olanda ONA şükr etdikləri kimi əllərinə bir si¬qaret keçdikdə də şükr edirlərmi?!
İnsan, Allahdan qorxmalıdır. Dəfələrlə bəzilərinin qarşısında siqaret çəkməkdən çəkinər, ona baxarkən siqaret çəkməkdən qayğılanar, amma Allahdan çəkinməz, utanmaz, həya etmez?!
“Əgər (həqiqi) möminlərsinizsə, bilin ki qorxmağınız lazım olan yalnız Allahdır” (Tövbə, 13).
Son olaraq bunu da soruşa bilərik: Görəsən si¬qaret, adamın yaxşılıqlar və pisliklər tərəzisindən han¬sına qoyulacaq?
Bəli, bütün bunlar qarşısında nə kimi bir nəticəyə gəlmək olar?
Müsəlman, hesab günü gəlməzdən əvvəl özünü hesaba çəkməli, Allahdan bunu tərk etmək üçün kömək istəməlidir. Kim Allah üçün bir şeyi tərk etsə Allah ona köməyini bəxş edər, ona daha xeyirlisini nəsib edər. Səbr etməlidir, şübhəsiz Allah səbr edənlərlə bərabərdir. Kim səbr etməyə cəhd göstərsə Allah da onu səbirli edər.
Siqaret mübtəlaları (narkamanları) bu duanı çox oxumağa cəhd göstərməlidir: “Allahım, bizi siqaret bəlasından, cəhənnəm əzabından, əziyyət və həlakdan qurtar. Bədənimizi və səhhətimizi qorumağı nəsib et. Qəlb¬lərimizi və ağızlarımızı təmiz və pak et. Ağıllarımı¬za və anlayışımıza doğru istiqamət ver. Bizi ən doğru olan əxlaq və adətlərə hidayət et. İmanı, gözəl sö¬zü, gözəl ətiri və gözəl əməli bizə sevdir. Şübhə¬siz sən, eşidən və razı qalansan! Amin!”.

Əkrəm Həsənov (ilahiyyatçı, ilahiyyat

Bənzər Məqalələr