Amr ibn Şueyb atasından, o da babasından (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “Əgər müalicəni həkimliyi bilinməyən biri öz üzərinə götürürsə, (xəstəyə görə) o cavabdehdir.” Əbu Davud və Nəsai rəvayət etmişlər. ( Nəsai: əl-Qasamə ? 4830. Əbu Davud: Qanbası ? 4586. İbn Macə: Tibb ? 3466.)

ŞƏRH

Bu hədisin sözlərinə və mənasına görə, istər həkimlik, istərsə də başqa bir sahə ilə məşğul olmaq, yalnız həmin sahəni yaxşı bilən şəxs üçün icazəli sayılır. Buna əhəmiyyət verməyən kəs günah daşıyır. Müalicəni üzərinə götürən hər bir şəxs insanın ölümünə, onun müəyyən bir orqanının tələf edilməsinə və digər bu kimi əməllərinə görə cavab verməlidir. Yaxşı bacarmadığı bir işin müqabilində götürdüyü məbləğ isə, onu verənə qaytarılmalıdır. Çünki o, qarşı tərəfi aldadaraq ona işini yaxşı bacardığını söyləmişdir. Onun bu əməli Peyğəmbərin (s.a.v) kəlamında vurğulanan aldatmaya daxildir. O buyurur: “Kim bizə kələk gələrsə, bizdən deyil.”
(Müslim: ? 294. İbn Macə: Ticarət ? 2225.)

Yalan danışaraq sənətini yaxşı bildiyini iddia edən bənna, dülgər, dəmirçi, dərzi və digərləri də bura daxildirlər.
Hədisin məfhumuna əsasən, əgər xəstənin özü və ya yaxınları mütəxəssis həkimə tam səlahiyyət verirlərsə, o, hər hansı bir fəsadın baş verməsinə görə cavabdehlik daşımır. Səlahiyyət verilən hər bir işə görə onu edən məsuliyyət daşımır. Yalnız səlahiyyət verilməyən işlərdə cavabdehlik daşınır.
Bu hədis, tibbin faydalı elmlərdən sayılmasına, onun dini, əqli və s. cəhətlərdən lazımlı olmasına sübut gətirilmişdir.

——————
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 27.05.2013 | Oxunma sayı: 438 baxış