Hәyatımızda ‘kasıb’ deyәrkәn, ağlımıza maddi cәhәtdәn imkanı bir qәdәr zәif şәxslәr gәlir. Lakin, nәzәrdәn qaçırdığımız bir şey vardır ki, ‘kasıblıq’ vә ‘zәnginlik’ ilk olaraq maddi imkanlardan deyil, qәlbdәn başlayır. ‘Kasıblıq’ әslindә tәnqid olunacaq bir vәsf deyildir. BӘS ӘSL KASIB KİMDİR?

Әsl kasıbın ümumi xüsusiyyətləri bunlardır:

 

– O; dünyanı həddindən artıq bir şəkildə tələb etməkdən əlini üzən, iffətindən dolayı dünyadan uzaqlaşan, mal və mülkünü çoxaltmaq üçün dünya ilə zənginləşməyi arzulamayan və yalnız sahib olduqlarını düşünərək, çox mal yığmaqdan uzaq olan kəsdir. Həmin insan bu şərtlərə riayət etməklə çox mal-mülkə sahib olsa belə, ona heç bir zərəri olmaz.

 

– Әsl kasıbın bir xüsusiyyəti də: məqamına, vəzifəsinə çox güvənməməsi, özünü bu cür şeylərlə təsəlli etməməsidir..

 

– Әsl kasıbın başqa bir xüsusiyyəti: O; səbr, razılıq, təvəkkül və Allaha dönmə mövzularında Allahın istədiyi şəkildə davranar.. O; Allahın ondan tələb etdiklərinə uyğun şəkildə əməl edər. Öz həvasına uyub, nəfsinin istəklərini Allahın ondan istədikləri kimi qələmə verib özünü aldatmaz..

 

– Әsl kasıb; bir bütün olaraq yalnız Allah rizası üçün can atar. Öz mənəvi dünyasından nəfsi və həvasına heç bir payı ayırmaz. O; Allahın (bәndәdәn) istədiklәri ilә Allahı istəyər. Yalnız Allaha arxalanar. Allahdan başqa heç bir varlıq, heç bir düşüncə onun bu istək və səyinə mane olmaz. Allahı sevməklə, O`ndan başqalarını (Allahı sevdiyi kimi) sevməkdən, Allahın əmri ilə öz həva-həvəsindən, Allahın onun üçün olan seçib bəyəndikləri ilə, öz nəfsi üçün bir şey seçməkdən uzaqdır.. İnsanlar bir vadidə o isə, başqa bir vadidədir. O; Allaha boyun əyən, təvazökar, ürəyi təmizlənmiş, haqqa dərhal dönən və qəlbi Allahın zikrinə doğru qaçandır.. O; diliylə, qəlbilə və bütün halıyla hər hansı bir şey iddia etməkdən uzaq, Allahdan başqa hər şeyə qarşı zahid və özünü Allaha yaxınlaşdıracaq hər bir şeyi arzulayan birisidir.

 

– O; insanlardan ən çox uzaq olduğu halda, (әslindә) onlara ən yaxın olandır. İnsanların qaçdıqları, qorxduqları şeylərə yönələn, insanların yönəldikləri (boş dünya zövqlәrindәn) şeylərdən qaçan birisidir.

 

– O; heç bir varlığa sevinməz və heç bir yoxluqdan ötrü kədərlənməz. Vaxtını onunla birlikdə keçirən kimsənin gözü aydın olar, onu görən bir kimsə Allahı xatırlayar. Heç bir şəkildə insanlara yük olmaz.

 

– O; insanların ona verdikləri əziyyətlərə səbir edib, onlara əziyyət verməyən birisidir. O; insanlara öyüd-nəsihət verən, öz malını və canını heç bir qarşılıq gözləmədən insanların xeyrinə fəda edən bir kimsədir. Faydasız şeylərlə məşğul olmaz və əlindəkiləri xərcləməkdən xəsislik etməz. Onun məşhur sifətləri bunlardır:

 

✔ Düzgünlük, iffət, qeyrət, başqalarını öz nəfsindən üstün tutmaq, təvazökarlıq, ciddilik, təmkin və dözüm. İnsanlar üçün xərclədikləri qarşılığında; onlardan nə bir tərif nə də, başqa bir qarşılıq gözləməz. Heç kimi danlamaz, kimsəylə boş yerə mübahisə etməz və heç kimdən bir şey ummaz. Özü üçün heç kim üzərində bir haqq görməz və heç kimdən daha üstün olduğunu düşünməz.

 

✔ O; öz işi ilə məşğul olan, insanlara ikram edən, vaxtını israf etmək mövzusunda çox xəsis və dilini qoruyan bir kimsədir.. Gecə-gündüz, oyaq və yatdığı zaman sanki səfərdə olub, istəyinə çatana qədər səfərin ağırlığını çiyinlərindən endirməyən kimsədir. O (Allah), onun önünə sevgi elmini qoymuş, o da, bunun üçün qollarını çırmalamışdır.. O, Allahın dəvətinə tamamilə, bir bütün olaraq yönəlmiş və «Həyyə alə‘l-fələh» (haydi qurtuluşa) çağırışına razılıq verməklə qəlbini bu çağırışdan başqa hər bir çağırışa bağlayaraq, böyük bir aydınlığa doğru açmışdır…  

 

Kasıblıq – maddi maddi cәhәtdәn yoxulluq deyil, qәlbin keçici dünya zövqlәrindәn kasıb olmasıdır vә kasıblıq – zәnginlikdәn daha gözәl bir isim vә vәsfdir. Onlar – ‘dünya maddiyyatının kasıbları’ deyil, ‘keçici dünya zövqlәrinin kasıbları’dırlar.

 

 

 

_____________________________________________

Bu yazıda “əl-Fəvaid” adlı kitabdan istifadə olunmuşdur.

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 11.03.2015 | Oxunma sayı: 2. 073 baxış