Cinsi sevgi üç növdür:

 

Birinci növ eşq — Allaha ibadət və itaət’dәn hesab olunur. Bu, kişinin xanımına olan eşqidir və faydalı sevgidən hesab olunur. Çünki, Uca Allahın evlənmə nizamını ortaya qoymasındakı hədəf — gözün və qəlbin başqalarına meyl etməsinin qarşısını almaqdır. Bu səbəblə, həmin aşiq Allah qatında da, insanlar qatında da təriflənər.

 

İkinci növ eşq — Allahın qəzəbini vacib edərək, rəhmətindən uzaqlaşdıran, qulun din və dünyasına ən zərərli eşq olan — kişinin eyni cinsinə olan meyli, eşqidir. Bu xəstəliyə tutulan insan Uca Allahın gözündən düşər, qapısından qovular, qəlbi O`ndan uzaqlaşar. Bu — Allahdan ayıran və O`nunla əlaqəni qoparan ən böyük pərdələrdəndir. Necə ki, bizdən öncə yaşamış saleh insanlardan bəziləri belə demişlər:

«Bir qul Allahın gözündən düşdüyü vaxt, Allah onu eyni cinsindən olan birisinin eşqinə düçar edər. Lut qövmünün başına bəlaları və həlakı gətirən — məhz bu sevgidir. Başlarına gələnlərin hamısı bu eşqdən ötəridir..»

Uca Allah buyurur:

«(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqlar içində veyl-veyl gəzirdilər..»  (Hicr, 72)

Bu xəstəliyin dərmanı — qəlbləri çevirən Uca Allahdan kömək istəmək, səmimi şəkildə O`na sığınmaq, O`nu zikr etməklə məşğul olmaq, qəlbini başqa şeylər əvəzinə Allah sevgisiylə və O`na yaxınlığın dincliyi ilə doldurmaq, bu eşqin gətirib çıxardığı yara ilə itirdirdiyi şeyləri düşünmək, ən böyük Sevgilidən məhrum olunub, ən pis şeylərə düçar olduğunu idrak etməkdir. Lakin yenə də, nəfsini o bəlaya doğru addım-addım aparar, o bəlanı seçərsə, artıq özü üçün cənazə namazı qılsın və bilsin ki, bəla onu bütün yönlərilə əhatə etmişdir.. Allaha sığınırıq..

 

Üçüncü növ eşq — Mübah (halal) olan eşqdir.. Bu, qəsdsiz olaraq düşülən eşqdir. Məsələn, (evli) bir insana, ona halal olmayan (namәhrәm) gözəl bir qadın haqqında bəhs edilər və ya gözəl birisini görər və vurular.. Bu eşq günah qazandırmaz, insana ondan ötrü cəza verilməz. Lakin, ən yaxşısı budur ki, onu rədd etməyə çalışsın və daha faydalı şeylərlə məşğul olaraq onu unutmağa çalışsın. Eşqini gizləməsi, namusunu qoruması və bu bəlaya səbr etməsi lazımdır. Bunu etdiyi təqdirdə, Allah ona kömək edəcək, razılığı üçün səbir etməsinin və iffətini qorumasının, həva-həvəsinə uymağı tərk edib, Rəbbinin razılığını və mükafatını seçməsinin qarşılığını ona mütləq verəcəkdir..

 

Bu yazıda «əd-Də va`d-Dəva» əsərindən istifadə olunmuşdur.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr