Bir sözlə hər birimiz bu dünyada dərəcə-dərəcə imtahan olunuruq. O qədər çətində və darda qalan insanlar var ki, amma biz kef içində olub onun fərqində olmuruq. Yaxud da o qədər xəstə olanlar var ki, biz onların necə ağrı və sancı çəkdiklərini dərk etmirik. Ya da bizim elə bir xəstəlyimiz olur ki, onun ağrısınıı, sancısını ancaq biz bilirik, yanımızda olana bunu çatdıra bilmirik. Çatdırsaq da yanımızda olan adam bizim kimi ağrı hiss etmədiyinə görə bizi özümüz kimi başa düşmür. Çünki bizim ağrımızı o hiss etmir, özümüz hiss edirik.

Möhtərəm müsəlmanlar! Məsələ çox ciddidir. Gəlin sizə bir misal verim: Bilirsiz, indi siz evdəsiniz, yaşadığınız yerin adı evdir. Məndə evdəyəm. Mənim də yaşadığım yerin adı evdir. Ancaq bu ümumi addır. Sizin evinizin içində olanlar mənim evimin içində yoxdur, mənim evimin içində olanlar da sizin evinizin içində yoxdur. İşdə belədir ki, siz işdəsiniz, sizin iş otağınız, işiniz tamam fərqlidir, mənim iş otağım və işim də tamam fərqlidir.
Yaxud da siz yemək yeyirisniz, məndə yemək yeyirəm. Yemək ümumi addır. Sizin yeməyiniz tamam fərqlidir, mənim yeməyim tamam fərqlidir. Sizin yeməyinizin dadından doymaq olmur, amma mənim yeməyim çox da dadlı deyil və ya əksinə.
Çox misallar vermək olar. Bir sözlə hər birimiz bu dünyada dərəcə-dərəcə imtahan olunuruq. O qədər çətində və darda qalan insanlar var ki, amma biz kef içində olub onun fərqində olmuruq. Yaxud da o qədər xəstə olanlar var ki, biz onların necə ağrı və sancı çəkdiklərini dərk etmirik. Ya da bizim elə bir xəstəlyimiz olur ki, onun ağrısınıı, sancısını ancaq biz bilirik, yanımızda olana bunu çatdıra bilmirik. Çatdırsaq da yanımızda olan adam bizim kimi ağrı hiss etmədiyinə görə bizi özümüz kimi başa düşmür. Çünki bizim ağrımızı o hiss etmir, özümüz hiss edirik.
Axirətdə olanlar da beləcə dərəcə-dərəcə olur. Cənnətin də dərəcələri, mərtəbələri var, Cəhənnəmin də dərəcələri mərtəbələri var. Bir dərəcədə olan digər dərəcəyə çata bilmir, baxmayaraq ki, onu ürəkdən arzu edir. Cəhənnəmdə ən yüngül əzab çəkən onu özü üçün ən ağır əzab hesab edir. Amma xəbəri olmur ki, ondan da şiddətli əzab çəkənlər var. Cənnətdə ən az ləzzət çəkən insana o ləzzət o qədər çox gəlir ki, elə bilir ki, ondan daha çox ləzzət çəkən yoxdur. Biz bu dünyada müşahidə edirik bütün bunları. Məsələn, Quran oxuyan insan onun mənəvi nurunu, rahatlığını, zövqünü daddığı kimi heç vaxt heç kimə onu olduğu kimi deyə bilməz. Desə də Qurandan heç bir anlayışı olmayan insan onun dediyindən heç nə başa düşməz. Heç bir zövq almaz.
Dərəcəmizi, xüsusən axirətə aid dərəcəmizi qaldırmaq üçün Allahı çox xatırlamaq, yada salmaq, göndərdiyi Qurani Kərimi çoxlu-çoxlu başa düşərək oxumaq, göndərdiyi elçisinin sözlərini oxumaq, müsəlmanlarla birlikdə olmaq, bu yolla gedən alimlərin dəyərli, səhih kitablarını oxumaq, məscidə camaat namazına getmək, oturduğumuz və əlimizdə olan Allahın nemətlərindən Allah üçün istifadə etmək dərəcəmizi qaldıra bilər. Aramızda bunları təcrübədən keçirən yoxdursa eybi yox. Gec deyil. İndi başlaya bilər. Bunun üçün ilk əvvəl təmiz qəlblə bütün işlərimizi Allah üçün etməliyik. Buna ixlas deyirlər. Yəni xalis-təmiz Allah üçün iş görmək, yazı yazmaq, xeyir əməllər etmək, xoş sözlər demək və s. kimi bütün işlərimizi Allah üçün etməliyik.
İnanın! Hər şey Allaha aid olduğu üçün, bütün işlərinizi kiminsə xatiri üçün yox, Allah üçün, Allahın razılığı üçün etsəniz Allah sizə bütün işlərinizdə kömək edər.
Uşağa Allah üçün yemək yedirt, uşağın özü üçün yox, ancaq unutma ki, uşaq da Allah tərəfindən sənə verilən ən böyük nemətdir, onun qədrini bilməlisən. Ərinə Allah üçün qulluq et, onu sənin qarşına çıxaran uca Allahdır. O sənin Rəbbinin quludur, Rəbbinin yaratdığıdır. İmahan üçün onu sənin qarşına çıxarıb. Ərinin özü Allahın qulu olduğu üçün, həmçinin sənin də həyat yoldaşın olduğu üçün onun saleh və xeyir işlərində ona çox-çox kömək et! Həmçinin kişi də öz həyat yoldaşına olan bütün münasibətlərdə Allahın razılığını ən əsas hesab etsin. Ona olan diqqətini və sevgisini, mülayim münasibətini Allah üçün yerinə yetirsin. Ata-anana Allah üçün qayğı göstər. Bu dünyaya gəlməyinə səbəb olublar. Onlara dindən uzaq, cahil və s. kimi təhqiredici sözlər demə. Bu sənə yaraşmaz. Əksinə bacardığın qədər onları ən mükəmməl din olan islam dininə gözəl sözlərlə dəvət et ki, onlar da xoşbəxt olsunlar. Qohum-əqrəbalarla sıx münaisbət bəslə, onların islama gəlməsində əlindən gələni əsirgəmə. Bütün bunları həm özüm üçün deyirəm, həmdə sizlər üçün deyirəm. Gəlin bacardığımız qədər xeyir işlərdə yarışaq.
Mən uca Rəbbimdən istəyirəm ki, bütün xeyir işlərdə bizlərə kömək olsun. Amin!

Əkrəm Həsənov…

Share Button
Tarix: 22.02.2012 | Oxunma sayı: 546 baxış