İbrahim ibnul Əş’ar (rahiməhullah) buyurur:
– Fudeyl ibni İyəd (rahiməhullah) ilə cənazəyə qatıldıqda, bizə ölümü xatırladardı. Qəbristanlığa gedərkən, sanki ölümə gedənlər kimi, bizə nəsihət edərək ağlayardı. Kənardan baxdıqda, adama elə gəlirdi ki, cənazəni deyil, Fudeyli dəfn edəcəklər. Dəfndən sonra bir müddət qəbirlərin yanında qalıb, ölülər ilə söhbət edirmiş kimi fikrə dalardı. Qəbristanlıqdan çıxarkən isə onun halı Axirətdən gələn bir kəsin halına bənzəyərdi.

[‘Raudətuz-Zahidin’ kitabı səh. 37]

________
əz-Zubeyr

Share Button
Tarix: 22.02.2012 | Oxunma sayı: 797 baxış