Elm öyrənmək və öyrəndiklərini başqalarına öyrətmək – ən üstün xeyirli əməllərdən hesab olunur. Əziz Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

“İnsanların ən xeyirlisi – digər insanlara ən çox faydası toxunanıdır” (Cəmius-Sağir, 2/8)

 

Lakin, istəməyənə, həvəsi olmayana, başa düşməyənə, özünü inkişaf etdirmək istəməyənə, öz fikirlərində inad edənə – məcburi formada öyrətməyə çalışmaq, zorla xeyir bir əmələ sürükləmək düzgün deyil. Bu, ‘doğrulara’/elmə/xeyirlərə qarşı – bir hörmətsizlikdir. Bizdən öncə yaşamış xeyirli insanların dediyi kimi:

كَتَعْل۪يقِالدُّرَرِف۪ياَعْناَقِالْبَقَرِ

“İnəyin boynuna, inci taxmaq kimi” – layiq olmayan’a, layiq olmadığı bir şeyi etmək-dən başqa bir şey deyil.

 

Bu haqda, Peyğəmbərimizdən rəvayət olunmuş hədisdə belə buyurulur:

“Elm öyrətmək – hər bir müsəlmana vacibdir. Layiq olmayanlara elm öyrədən – donuzların boynuna cövhər, inci və qızıl boyunbağı taxan kimsəyə bənzəyir”. (İbn Macə)

 

Məşhur mütəfəkkir Şibli, bu mövzudakı incə məqamları izah edərək belə demişdir:

“Sənin fikrini/görüşünü öyrənmək istəməyənə, bunu vermə. Çünki belə etsən, nə xoşlarına gələcəksən, nə də görüşün o kimsəyə fayda verəcək. Özünü bilməzlərə elm öyrədən – elmin haqqını zay etmiş olacaq. Layiq olanı elmdən məhrum edən isə, ona zülm etmiş olacaq..”

 

Yəni, öyrədənin elm, fərasət və bacarığı ilə yanaşı, qarşısındakı şəxs də, bunu arzulayan biri olmalıdır ki, fayda hasil olsun.

 

“..Bu, Allahın lütfüdür, onu istədiyinə verər.” (Quran, 5/54)

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 17.06.2019 | Oxunma sayı: 848 baxış