Əli ibn Əbu Talib (radıyAllahu anhu) bir gün qəbirləri ziyarət edir və buyurur:

– Ey müsəlmanlardan və möminlərdən ibarət olan ev əhli!
Allahın salamı sizin üzərinizə olsun və biz də İnşəAllah sizə yetişəcəyik.

Ey qəbirstanlıq əhli!
Sizdən sonra evlərinizdə məskən qurdular, mallarınızı böldülər, yoldaşlarınız başqalarına ərə getdi. Budur bizim halımız. Bəs sizin halınız nədir?

Bir az oturduqdan sonra belə dedi:

Əgər danışa bilsəydilər belə deyərdilər:
(Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. (Bəqərə surəsi, 197)

_________
əz-Zubeyr

Share Button
Tarix: 16.02.2012 | Oxunma sayı: 813 baxış