Sual: Ramazanınız mübarək yaxud Ramazan Kərim söyləmək bidət hesab edilirmi?

Cavab: Həmd Allaha məxsusdur.
Ayın əvvəlində qarşılıqlı təbrikləşmədə heç bir yanlışlıq yoxdur. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Ramazanın gəlişi münasibətilə səhabələrini müjdələyər və bu aya xüsusi diqqət yetirməyi təkidlə bildirərdi. Əbu Hüreyrə (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: “Sizə mübarək Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları isə bağlanar. Azğın şeytanlar zəncirlənər. Bu ayda elə bir gecə var ki, min aydan xeyirlidir və kim bunun xeyrindən məhrum olarsa, həqiqətən də o məhrum qalmışdır”.
ən-Nəsai (4/129); Səhih ət-Tərğib (1/490)
Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/ar/ref/12616

Share Button
Tarix: 04.08.2011 | Oxunma sayı: 552 baxış