featured-image-3436

İşim əsnasında dostumla yol kənarında dayanmışdım. Bu zaman qəribə bir hadisə oldu. Yoluna davam edən bir şəxsin avtomobili şəhərə gedən yolun üstündəki tunellərin birinə çırpılır. Maşının sahibi təkərlərdən birini təmir etmək üçün avtomobildən enir. Maşının yük yerini açmaq üçün arxasına keçərkən sürətlə gələn bir maşın arxadan onu vurur və ağır yaralayır.
Mən dostumla bərabər hadisə yerinə gəldik, onu maşına qoyandan sonra xəstəxanaya üz tutduq.

Görünüşündən dindar olduğu bilinən gənc bir oğlan idi. Yolda dodaqaltı nə isə dediyini eşitmişdik, lakin tələsdiyimizdən nə dediyini başa düşə bilməmişdik. Bir azdan səsi aydınlaşdı. Xəfif səslə Quran oxuyurdu. Subhənəllah, heç deməzdin ki, bu gənc ağır yaralıdır. Qan bütün paltarını bürümüşdü, sümükləri qırılmışdı. Ölüm ayağında olduğu artıq bəlli idi.
Lakin gözəl səslə Quran oxumağa davam edirdi. Hətta bu cür gözəl Quran tilavəti ilk dəfə idi ki, eşidirdim. Öz-özümə dedim: “Ona şəhadət kəlməsini təlqin etməliyəm!”
Lakin dostumla bərabər qulağımızı ona tərəf yaxınlaşdırıb, bu xoş səsi dinləməyə çalışdıq. Dinlədikcə sanki, bütün vücudum və qəlbim titrəməyə başlamışdır. Birdən bu səs kəsildi. Tez başımı qaldırıb ona tərəf baxdım. Şəhadət barmağını qaldırıb kəlmeyi-şəhadətini deyirdi. Sonra başı düşdü. Tez əlini tutdum. Lakin qəlbi döyünmürdü. Nəfəsi gəlmirdi… Heç bir şey… Artıq vəfat etmişdi…
Uzun müddət ona baxdım, gözümdən damla-damla yaş tökülürdü. Bunu gizlətməyə çalışdım və maşın sürən dostuma tərəf çevrilib, gəncin vəfat etdiyini söylədim. Dostumu qəhər boğdu, mən isə özümü saxlaya bilməyib hönkürtü ilə ağladım.
Sonra onun qardaşı ilə telefonla danışdıq. Qardaşı onun haqqında bunları danışırdı:
– “O hər iki gündən bir kənddə yaşayan nənəsini ziyarət edər, dullara, yetimlərə, kasıblara baş çəkərdi. Gedərkən möhtac insanlara paylamaq üçün maşınını düyü və qəndlə doldurar, hətta uşaqları sevindirmək üçün onlara da şirniyyat aparmağı yaddan çıxarmazdı. Ona yolunun uzaqlığını xatırladıb, səfərdən yayındırmağa çalışdıqda, o bu cür cavab vermişdi:
– “ Mən Quran oxuyaraq, dini kasetlər dinləyərək yolun uzunluğunu qısaldıram. Bununla da addığım hər addımda Allaha yaxınlaşıram.”
Beləcə onun cənazə namazını qılıb, dəfn etdik. O Axirətin ilk günü ilə tanış olurdu, mən isə sanki dünyadakı ilk günümdəydim. Daha öncə etdiklərim üçün tövbə etdim. Ümid edirəm, Alahu təalə öncə tərk etdiyim ibadətlər üçün məni əfv edər və itaətimdə sabit edər.

Bənzər Məqalələr