Son anlarında mahnı oxuyurdular

Təhsilimin ilk illərində ailəmlə yaşayırdım. Saleh bir mühit içindəydik… Anamın dualarını dinləyər, bütün gecəni oyaq qalardım.
Atamın uzun müddət davam edən namazlarında səsini eşidərdim. Namazları uzatdıqca təəccüb edərdim, özü də yuxunun ən şirin olduğu uzun qış gecələrində.
Öz-özümə təəccüblə deyərdim: “Nə səbrdir bu hər gecə belə … ?”

Amma bilməzdim ki, bu, bir möminin rahatlığıdır və namazın ən xeyirlisidir. Çünki onlar yataqlarından Allaha yalvarmaq üçün qalxırlar.
Hərbi xidmətin başlanması ilə kəsilən bu mərhələdən sonra böyümüşdüm. Allaha olan uzaqlığım da mənimlə birlikdə böyümüşdü. Eşitdiyim, tez-tez qulaqardına salınan nəsihətlərə baxmayaraq.
Məzuniyyətimdən sonra öz şəhərimdən uzaq, başqa bir şəhərə təyin olundum. Fəqət, işimdə təzə tanış olduğum dostlar hiss etdiyim qürbət acısını yüngülləşdirirdilər. Qulaqlarımda Quran səsi idi. Anamın məni sübh namazına çağıran, həvəsləndirən səsi kəsilmişdi. Tənha yaşamağa başlamışdım. Daha əvvəllər yaşadığım o ailə mühitindən uzaqda işdəki vəzifəm- izdihamlı yollara nəzarət, şəhər ətrafının təhlükəsizliyinin təmini və lazım gələndə ehtiyacı olanlara yardım etməkdən ibarət idi. Yeni bir işimdə var idi. Yaxşı dolanırdım və işimi də həqiqətən sevirdim. Fəqət, bir dövr yaşayırdım. Boş vaxtlarımın çoxluğu və biliyimin azlığı ilə heyrət məni bir yandan başqa bir yana atırdı.
Sıxılmağa başlamışdım. Mənə dinimi xatırladacaq kimsə yox idi. Qəzalar və yaralılar iş həyatımda gündəlik mənzərələr idi.
Bir gün mən və dostum işimiz əsnasında yol kənarında idik. Ordan-burdan söhbət edirdik. Anidən qüvvətli bir toqquşma səsi eşidildi. Bir də baxdıq ki, bir avtomobil qarşı tərəfdən gələn başqa bir avtomobillə toqquşub. Yaralılara kömək üçün sürətlə hadisə yerinə getdik. Dəhşətli qəza idi. İki nəfərin vəziyyəti ağır idi. Onları maşından çıxarıb yerə uzatdıq. İkinci maşının sahibini də tələsik çıxartdıq. O, artıq ölmüşdü. Digər ikisinə tərəf çevrildim. Onlar da can verirdilər. Dostum onlara şəhadət kəlməsini təlqin etməyə başladı: “Deyin “lə iləhə illəllah, lə iləhə illəllah”. Ancaq onlar mahnı oxumağa başladılar. Bu mənzərədən dəhşətə gəlmişdim. Dostum məndən fərqli olaraq ölüm halını yaxşı bilirdi və onlara yenidən şəhadət kəlməsini təlqin etməyə çalışdı. Lakin onlar mahnı oxumağa davam edirdilər. Mən isə donmuş görkəmdə bu mənzərəni seyr edirdim.
Və artıq mahnı səsinin zəiflədiyini hiss etdim. Yavaş-yavaş birincisi susdu. Sonra da ikincisi.. Artıq tərpənmirdilər və beləcə onlar öldü..
Bu hadisə mənə dərs olmuşdu. O gecə namaza başladım. Və artıq bir daha mahnı dinləməyəcəyimə söz verdim.

Share Button
Tarix: 04.08.2011 | Oxunma sayı: 494 baxış