Əbu Nəcih əl-İrbad ibn Sariyə (radıyAllahu anhu) buyurur:
– Rəsulullah (sallAllahu aleyhi və səlləm) bizə elə bir təsirli öyüd-nəsihət verdi ki, qəlblərimiz qorxudan titrədi və gözlərimiz yaşardı. Dedik:

– Yə Rasulullah! Bu vidalaşanın öyüd-nəsihətinə bənzəyir. Bizə nə tövsiyyə edirsən?

Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Sizə Allahdan qorxmağı, bir həbəşi köləsi sizə əmirlik etsə belə, ona tabe olmağı tövsiyyə edirəm. Sizlərdən yaşayan olsa, çoxlu ixtilaflar görəcəkdir. O zaman mənim və haqq yolda olan Raşidi xəlifələrin yolu ilə gedin. Azı dişlərinizlə bu yollardan yapışın. Bidətlərdən çəkinin. Çünki hər bir bidət zəlalətdir.

________________
◦ Əbu Davud, 4607
◦ ət-Tirmizi, 2678
◦ Əhməd ibn Hənbəli, 4/126-127
◦ İbn Məcə, 42-44
◦ əd-Darimi, 1/44-45
◦ İbn Hibbən, 102

—————
Hazırladı:Zubeyr

Share Button
Tarix: 01.08.2011 | Oxunma sayı: 715 baxış